Ermənistan Azərbaycanla müharibədən çəkinir
https://parstoday.ir/azeri/news/world-i2238-ermənistan_azərbaycanla_müharibədən_çəkinir
Paşinyan: Qarabağdakı vəziyyətə görə hərbi əməliyyatlara başlamayacağıq
(last modified 2023-09-21T07:24:39+00:00 )
Sen 20, 2023 13:06 Asia/Baku
  • Ermənistan Azərbaycanla müharibədən çəkinir

Paşinyan: Qarabağdakı vəziyyətə görə hərbi əməliyyatlara başlamayacağıq

Paşinyan: Qarabağdakı vəziyyətə görə hərbi əməliyyatlara başlamayacağıq

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak etmir.

Paşinyan bununla belə Təhlükəsizlik Şurasının iclasında Azərbaycanı Dağlıq Qarabağ ermənilərinə qarşı etnik təmizləmə əməliyyatına başlaşlamaqda ittiham edib.

O deyib: “Ermənistan heç kimə Dağlıq Qarabağda etnik təmizləmə aparmaq üçün mandat verməyib. Bu səbəbdən Ermənistan Rusiya sülhməramlılarından Dağlıq Qarabağda vəziyyəti sabitləşdirmək üçün hərəkətə keçməsini gözləyir”.

Onun sözlərinə görə, Azərbaycanın əsas məqsədi Ermənistanı hərbi əməliyyata çəkməkdir.

Paşinyan bir daha iddia edib ki, Ermənistanın Qarabağda ordusu yoxdur.