General Əhməd Vəhidi SEPAH-ın Baş Komandanının müavini təyin edilib
https://parstoday.ir/azeri/news/iran-i13528-general_Əhməd_vəhidi_sepah_ın_baş_komandanının_müavini_təyin_edilib
Ali Baş Komandanın fərmanı ilə general Əhməd Vəhidi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanının yeni müavini təyin olunub.
(last modified 2026-01-04T12:33:02+00:00 )
Dek 31, 2025 18:44 Asia/Baku
  • General Əhməd Vəhidi SEPAH-ın Baş Komandanının müavini təyin edilib

Ali Baş Komandanın fərmanı ilə general Əhməd Vəhidi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandanının yeni müavini təyin olunub.

 

SEPAH-ın yaydığı məlumata görə, Baş Komandan müavininin vəzifəsinin təhvil-təslim mərasimi çərşənbə günü, 30 dekabr tarixində keçirilib. Mərasimdə SEPAH-ın Baş Komandanı general-mayor Məhəmməd Pakpur, SEPAH-da Ali Rəhbərin nümayəndəsi höccətül-islam vəl-müslimin Abdullah Hacı Sadiqi, Ali Baş Komandanın Hərbi Ofisinin rəisi general Məhəmməd Şirazi, həmçinin bir sıra yüksək rütbəli hərbi komandirlər iştirak ediblər.SEPAH-ın Baş Komandanının yeni müavini general Əhməd Vəhidi çıxışında bu qurumun mövqeyini yüksək, üzərinə düşən vəzifəni isə son dərəcə məsuliyyətli adlandırıb. O bildirib ki, SEPAH şəhidlərin fədakarlığı əsasında formalaşmış müqəddəs bir qurumdur və bu möhkəm təməl nəzərdə tutulan nümunəvi cəmiyyətin bariz təcəssümü olmalıdır.