Hərbi təlimlər başa çatdı; Pekinin qınamalara sərt reaksiyası
https://parstoday.ir/azeri/news/world-i13534-hərbi_təlimlər_başa_çatdı_pekinin_qınamalara_sərt_reaksiyası
Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında keçirilən genişmiqyaslı hərbi təlimlərin başa çatmasından sonra Yaponiya, Avropa İttifaqı və bir sıra Qərb ölkələrinin mövqelərini tənqid edib. Çin tərəfi bu reaksiyaları “ikili standartlı, riyakar və reallığı təhrif edən” kimi qiymətləndirib. Pekinin açıqlamasına görə, sözügedən təlimlər Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələrə, eləcə də xarici müdaxiləçi güclərə ciddi xəbərdarlıq xarakteri daşıyıb.
(last modified 2026-01-04T12:34:01+00:00 )
Dek 31, 2025 18:50 Asia/Baku
  • Hərbi təlimlər başa çatdı; Pekinin qınamalara sərt reaksiyası

Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında keçirilən genişmiqyaslı hərbi təlimlərin başa çatmasından sonra Yaponiya, Avropa İttifaqı və bir sıra Qərb ölkələrinin mövqelərini tənqid edib. Çin tərəfi bu reaksiyaları “ikili standartlı, riyakar və reallığı təhrif edən” kimi qiymətləndirib. Pekinin açıqlamasına görə, sözügedən təlimlər Tayvanın müstəqilliyini dəstəkləyən qüvvələrə, eləcə də xarici müdaxiləçi güclərə ciddi xəbərdarlıq xarakteri daşıyıb.

 

Bildirilib ki, təlimlər çərçivəsində Tayvan ətrafındakı sularda esmineslər və digər hərbi gəmilər yerləşdirilib, onların mühasirə imkanları sınaqdan keçirilib, həmçinin uzaqmənzilli döyüş sursatları ilə real atışlar həyata keçirilib.

 

Çin ordusunun Tayvan ətrafında keçirdiyi hərbi təlimlərlə bağlı Avropa İttifaqının sözçüsü bəyanat yayaraq, bunu “Tayvan boğazında gərginliyin daha da artırılması və beynəlxalq sülh və sabitliyin risk altına salınması” kimi qiymətləndirib.