BMT TŞ-nin Fələstin hadisələri barədəki iclası nəticəsiz başa çatıb
(last modified Sat, 14 Oct 2023 10:31:24 GMT )
Okt 14, 2023 14:31 Asia/Baku
  • BMT TŞ-nin Fələstin hadisələri barədəki iclası nəticəsiz başa çatıb

Fələstin müqavimət qüvvələri ilə İsrail rejimi arasında gedən döyüşlərin yeddinci günü ilə bir zamanda, cümə günü axşam BMT Təhlükəsizlik Şurasının bağlı qapılar arxasında keçirilən ikinci iclası heç bir nəticə əldə etmədən başa çatıb.

 

İclasda BMT baş katibi bildiribdir ki, bölgədəki gərginliyi azaltmaq üçün bütün tərəflər və ölkələrlə əlaqə saxlayır.

Antonio Quterreş həmçinin İsrail rejiminin Qəzzənin boşaldılması üzrə möhləti barədə nigarançılıq edib. Bildirib ki, bu rejimin hər hansı hərəkəti insan fəlakəti törədə bilər.

Quterreş Qəzzə zolağına humanitar əlçatmaların yaradılması, yardımların maneəsiz şəkildə çatdırılması, eləcə də humanitar hüquqlara riayət olunmasına təkid edib.

Deyilənlərə görə, iclasda ifadə edilən digər nigarançılıqlardan biri, gərginliklərin qərb sahilinə və Livana  yönəlməsi olubdur.

Həmçinin Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bu iclasda BMT Təhlükəsizlik Şurasına bir qətnamə layihəsi təklif edib. Məqsəd, bu layihə çərçivəsində işğal olunmuş Fələstin ərazilərində təcili atəşkəsin bərqərar edilməsidir.

 

Teqlər