Noy 18, 2023 12:52 Asia/Baku
  • Səudiyyə Ərəbistanı: Qəzzada dərhal atəşkəs yaradılmalıdır

Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Qəzzada dərhal atəşkəsin yaradılması və fələstinli mülki şəxslərin öldürülməsinin dayandırılmasının vacibliyini vurğulayıb.

Əl-Cəzirə şəbəkəsinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Əli Əl-Yusif Bəhreynin paytaxtı Manamada keçirilən illik təhlükəsizlik toplantısında deyib: İsrailin Qəzza xalqına qarşı təcavüzü səbəbindən region təhlükəli nəticələrin şahidi olacaq.

Beynəlxalq ictimaiyyət Qəzzanın blokadasını yarmaq,Fələstin məsələsinin hərtərəfli həllini tapmaq və bu müharibəyə son qoymaq üçün hərəkətə keçməlidir.- deyə Əl-Yusif əlavə edib.

Bu çərçivədə, Dünya Ərzaq Proqramı, müharibənin başlanğıcından bu yana Qəzza zolağına yardımın yalnız 10%-nin edildiyinə diqqət çəkərək, bildirib: Yanacağın olmaması və çörək sexlərinin bağlanması Qəzzada geniş aclığa səbəb olub.

Əl-Əqsa tufanı əməliyyatının başlamasından 43 gün keçdikdən sonra, Sionist İsrail rejimi oktyabrın 7-dən Qəzza zolağının müxtəlif hissələrinə, xüsusən də bir çox yaşayış binalarına davamlı olaraq hücum edir və nəticədə 12 mindən çox fələstinli şəhid olub. Onlardan 5 mini uşaq, 3 min 300 nəfəri isə qadındır.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, bu müharibədə 29.800-dən çox fələstinli yaralanıb, onların 70%-i qadın və uşaqlardır.