Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək
(last modified Sun, 03 Dec 2023 10:46:01 GMT )
Dek 03, 2023 14:46 Asia/Baku
  • Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək

İran İslam Respublikasının Moskvadakı səfiri Kazim Cəlali deyib ki, Xəzər dənizi sahili ölkələrin xarici işlər nazirlərinin illik iclası çərşənbə axşamı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın iştirakı ilə Moskvada keçiriləcək.

 

Məlumata görə, Kazim Cəlali verdiyi müsahibədə açıqlama verərək bildirib ki, bu görüş sahilyanı ölkələri təmsil edən beş xarici işlər nazirlərinin illik proqramı çərçivəsindədir. Görüşdə Xəzər su hövzəsi ilə bağlı ən mühüm məsələlər müzakirə olunacaq.

O daha sonra qeyd edib ki, Moskva görüşündə Xəzər regionunun təhlükəsizliyi, iqtisadi əlaqələrin genişləndirilməsi, dəniz nəqliyyatı, ticarət, enerji, ətraf mühit və müvafiq hüquqi məsələlər kimi müxtəlif sahələrdə birgə əməkdaşlığın inkişafına baxılacaq.

İranın Rusiyadakı səfiri əlavə edib: “Həmçinin bu toplantıdaq İran İslam Respublikası, Rusiya Federasiyası, Azərbaycan Respublikası, Qazaxıstan və Türkmənistanın xarici işlər nazirlərinin Moskvadakı iclasında Xəzəryanı ölkələrin dövlət başçılarının qarşıdan gələn görüşünün formatını da müzakirə edəcəklər.

 

Teqlər