İsrail İranda litium ehtiyatlarının aşkarlanmasından və İranın geosiyasi mövqeyinin güclənməsindən narahatdır.
https://parstoday.ir/azeri/news/world-i438-İsrail_İranda_litium_ehtiyatlarının_aşkarlanmasından_və_İranın_geosiyasi_mövqeyinin_güclənməsindən_narahatdır.
İRNA-nın məlumatına görə, sionist “Maariv” qəzeti yazıb: İranda nəhəng litium ehtiyatlarının aşkarlanması regionda güc tənliklərini dəyişəcək və ölkənin iqtisadi və geosiyasi mövqeyini gücləndirəcək.
(last modified 2023-06-13T03:05:57+00:00 )
İyun 11, 2023 08:52 Asia/Baku
  • İsrail İranda litium ehtiyatlarının aşkarlanmasından və İranın geosiyasi mövqeyinin güclənməsindən narahatdır.

İRNA-nın məlumatına görə, sionist “Maariv” qəzeti yazıb: İranda nəhəng litium ehtiyatlarının aşkarlanması regionda güc tənliklərini dəyişəcək və ölkənin iqtisadi və geosiyasi mövqeyini gücləndirəcək.

Qəzet yazır ki, İranın hərbi qüdrəti və ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirlə əlaqələrinin bərpası, Hindistan və Pakistanla dəniz təlimləri keçirməsi sionist rejimi narahat edir.

Hesabatda İranın Rusiya və Çinlə güclü əlaqələrlə yanaşı, ən böyük İslam ölkəsi kimi İndoneziya ilə də əlaqələrini gücləndirdiyi qeyd edilir.

Bu hesabata görə, Həmədan əyalətində aşkar edilmiş litium yatağında 8,5 milyon ton litium var. Bu, Çilidəki mədəndən sonra dünyada ikinci ən böyük litium mədənidir .