“KTMT müşahidəçiləri yerləşdirilsəydi, vəziyyət daha stabil olardı”
(last modified Thu, 18 May 2023 15:08:32 GMT )
May 18, 2023 19:08 Asia/Baku
  • “KTMT müşahidəçiləri yerləşdirilsəydi, vəziyyət daha stabil olardı”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidə missiyasının yerləşdirilməsi ilə bağlı sənəd imzalansaydı, İrəvan daha stabil vəziyyətə düşəcəkdi.

Rusiyalı nazir deyib: “2022-ci ilin payızında Yerevanda keçirilən KTMT sammiti ərəfəsində erməni müttəfiqlərimizin müraciətinə uyğun olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsinə dair sənəd hazırlanıb. Sənəd xarici işlər nazirləri səviyyəsində tam razılaşdırılıb. Sonra son anda, elə sammitdə erməni dostlar onun qəbulunu təxirə salmağı xahiş etdilər. Halbuki İrəvan sənəd qüvvəyə minməsinə hazır olsaydı, əminəm ki, Ermənistan bundan faydalanacaqdı və daha sabit vəziyyət əldə edəcəkdi”.

O həmçinin ABŞ-ın Ermənistandan Rusiya hərbi bazasını öz ərazisindən çıxarmağı istəməsinə toxunub.

“Mən bilirəm ki, ABŞ və müttəfiqləri ermənilərə deyirlər ki, rusları öz ərazinizdən qovun, sərhəddən də hərbçiləri çıxarın. Amerikalılar təhlükəsizliyin təmin edilməsinə kömək edəcək”, – deyə diplomat vurğulayıb.

Lavrov Vaşinqtonun bu addımını açıq təxribat adlandırıb və deyib: “Bu,diplomatiya deyil və artıq bu diplomatiya yoxdur. Birbaşa rüşvət var. Lakin nəzərə alınmalıdır ki, ABŞ tez-tez müttəfiqlərini tərk edir.”

Yeri gəlmişkən qeyd edək ki, Ermənistan hökuməti fevralın 20-də Avropa İttifaqından 100 nəfərdən ibarət yeni missiyanı ikiillik mandatla ölkəyə gətirib, bu isə Rusiyanı hiddətləndirib.

Bununla yanaşı martın 10-da Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibinin müavininin kvotasından imtina etmişdi.

Yanvarın əvvəlində isə Nikol Paşinyan Ermənistanın KTMT-nin Çevik Hərəkat Kollektiv Qüvvələrinin “Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərini öz ərazisində keçirməkdən imtina etdiyini bildirmişdi.

1992-ci ildə yaranan KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.