Bu il "Şəhid Süleymanı" kompleksindən kosmosa bir neçə yüngül peyk göndəriləcək
https://parstoday.ir/azeri/news/iran-i12672-bu_il_Şəhid_süleymanı_kompleksindən_kosmosa_bir_neçə_yüngül_peyk_göndəriləcək
Əlaqə və İnformasiya Texnologiyaları naziri bildirib ki, 14-cü hökumət dövründə bu nazirliyin diqqəti məqsədli peyk buraxılışlarına və bu sahədə xalqımıza effektiv xidmətlərin göstərilməsinə yönəlib. Bu il "Şəhid Süleymanı" kompleksindən kosmosa bir neçə yüngül peyk göndəriləcək.
(last modified 2025-09-23T11:45:01+00:00 )
Sen 23, 2025 15:44 Asia/Baku
  • Bu il

Əlaqə və İnformasiya Texnologiyaları naziri bildirib ki, 14-cü hökumət dövründə bu nazirliyin diqqəti məqsədli peyk buraxılışlarına və bu sahədə xalqımıza effektiv xidmətlərin göstərilməsinə yönəlib. Bu il "Şəhid Süleymanı" kompleksindən kosmosa bir neçə yüngül peyk göndəriləcək.

 

Seyid Səttar Haşimi, sentyabrın 23-də məktəblərin açılışı münasibətilə keçirilən tədbirdə, İRNA xəbər agentliyinin sualına cavablandıraraq "Şəhid Süleymanı" kompleksinin inkişafı və peyk buraxılışlarına dair açıqlama verərək bildirib: "Şəhid Süleymanı" peyk sisteminin tərkibində bu il bir neçə yüngül peyk kosmosa göndəriləcək və bu sistem mərhələ-mərhələ inkişaf edəcək.