Təhlükəsizlik Şurası Qəzzaya yardımın artırılmasını tələb edən bəyanat yayıb
https://parstoday.ir/azeri/news/world-i4668-təhlükəsizlik_Şurası_qəzzaya_yardımın_artırılmasını_tələb_edən_bəyanat_yayıb
BMT Təhlükəsizlik Şurası bəyanat yayaraq sionist rejimin fələstinli mülki əhalinin humanitar yardımların paylanması məntəqəsində toplanmasına son hücumundan narahatlığını bildirib və Qəzzaya yardımların artırılmasını istəyib.
(last modified 2024-03-03T04:52:13+00:00 )
Mart 03, 2024 08:50 Asia/Baku
  • Təhlükəsizlik Şurası Qəzzaya yardımın artırılmasını tələb edən bəyanat yayıb

BMT Təhlükəsizlik Şurası bəyanat yayaraq sionist rejimin fələstinli mülki əhalinin humanitar yardımların paylanması məntəqəsində toplanmasına son hücumundan narahatlığını bildirib və Qəzzaya yardımların artırılmasını istəyib.

 

BMT Təhlükəsizlik Şurasının üzvləri bəyanat yaymaqla fələstinli mülki vətəndaşların dəstəklənməsi və Qəzza zolağının infrastrukturunun qorunması üçün lazımi tədbirlərin nəzərdə tutulmasının vacibliyini vurğulayıblar.

Təhlükəsizlik Şurasının üzvləri sionist rejim ordusunun ərzaq paylama məntəqəsinə hücum etməsi və yüzdən çox dinc fələstinlinin şəhid olması hadisəsinə münasibət bildirərək yalnız bu rejimin son cinayətindən narahat olduqlarını ifadə ediblər və əhaliyə yardım çatdırılmasını istəyiblər.