Tramp təhlükəli şəkildə reallıqdan uzaqlaşıb
https://parstoday.ir/azeri/news/world-i14330-tramp_təhlükəli_şəkildə_reallıqdan_uzaqlaşıb
ABŞ-ın Konnektikut ştatından olan demokrat senator bildirib: “Ölkəmizdə fermer təsərrüfatları müflis olduğu, benzinin qiyməti yüksək olduğu və İran əvvəlkindən daha güclü olduğu halda, bizim prezidentimiz təhlükəli şəkildə reallıqdan uzaqlaşıb.”
(last modified 2026-09-07T06:45:00+00:00 )
Sen 07, 2026 10:42 Asia/Baku
  •  Tramp təhlükəli şəkildə reallıqdan uzaqlaşıb

ABŞ-ın Konnektikut ştatından olan demokrat senator bildirib: “Ölkəmizdə fermer təsərrüfatları müflis olduğu, benzinin qiyməti yüksək olduğu və İran əvvəlkindən daha güclü olduğu halda, bizim prezidentimiz təhlükəli şəkildə reallıqdan uzaqlaşıb.”

 Pars Today-in  verdiyi xəbərə görə, ABŞ-ın Konnektikut ştatından olan demokrat senator Kris Mörfi X hesabındakı paylaşımında İrana qarşı səbəbsiz təcavüzün ABŞ-a vurduğu zərərə toxunaraq yazıb: “18 amerikalı həlak olub, bazalarımıza milyardlarla dollar ziyan dəyib və raket ehtiyatlarımız fəlakətli səviyyədə azalıb.

Demokrat senator həmçinin ABŞ-da kənd təsərrüfatı təsərrüfatlarının müflisləşməsinin ən yüksək həddə çatmasına toxunaraq qeyd edib: “Amerika ailələri benzinin pulunu ödəməkdə çətinlik çəkirlər.”

 

Mörfi əlavə edib ki, bütün bunlar İranın əvvəlkindən daha güclü olduğu bir şəraitdə baş verir. O vurğulayıb: “Prezidentimiz təhlükəli şəkildə reallıqdan uzaqlaşıb.”

 

ABŞ-ın demokrat senatoru Kris Mörfi daha əvvəl də Trampın xarici siyasətini və İrana qarşı başladığı müharibəni tənqid edərək demişdi: “Bu müharibə (İrana qarşı) elə ilk gündən ‘qələbəsi mümkün olmayan’ müharibə idi və onun fəlakətli nəticələrini nə qədər vurğulasaq da, bu, şişirtmə olmaz.”

 

Mörfi daha əvvəl də etiraf etmişdi ki, ABŞ Prezidenti Donald Tramp müharibəni uduzub və ABŞ-ın hərbi qarşıdurmanı davam etdirməsi ilə Amerika zəifləyir, İran isə daha da güclənir.

 

Senatın Xarici Əlaqələr Komitəsinin üzvü vurğulamışdı: “Müharibə başa çatmalıdır. Çünki müharibənin davam etdiyi hər gün ABŞ zəifləyir, İran güclənir və burada, ABŞ-da insanlar qiymətlərin artması səbəbindən çətinliklərlə üzləşirlər.”