Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının müavinləri Astanada görüşəcək
https://parstoday.ir/azeri/news/world-i518-türkiyə_rusiya_suriya_və_İran_xİn_başçılarının_müavinləri_astanada_görüşəcək
Qazaxıstanın Astana şəhərində iyunun 21-də Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirləri müavinlərinin görüşü keçiriləcək.
(last modified 2023-06-14T09:20:27+00:00 )
İyun 14, 2023 13:18 Asia/Baku
  • Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının müavinləri Astanada görüşəcək

Qazaxıstanın Astana şəhərində iyunun 21-də Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirləri müavinlərinin görüşü keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

Onun sözlərinə görə, iyunun 20-21-də Rusiyanın geniştərkibli nümayəndə heyəti Astanada səfərdə olacaq.

Görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq.