İranın Rusiyadakı səfiri: BRICS ölkələrinin dollardan asılı olmayan valyutası olacaq
https://parstoday.ir/azeri/news/world-i524-İranın_rusiyadakı_səfiri_brics_ölkələrinin_dollardan_asılı_olmayan_valyutası_olacaq
İranın Rusiyadakı səfiri dünya iqtisadiyyatının gələcəyinin BRICS ölkələrinə aid olacağını bəyan edərək,  "BRICS"  ölkələrinin dollardan asılı olmayaraq öz valyutalarının olacağını bildirib.
(last modified 2023-06-17T07:17:23+00:00 )
İyun 15, 2023 07:47 Asia/Baku
  • İranın Rusiyadakı səfiri: BRICS ölkələrinin dollardan asılı olmayan valyutası olacaq

İranın Rusiyadakı səfiri dünya iqtisadiyyatının gələcəyinin BRICS ölkələrinə aid olacağını bəyan edərək,  "BRICS"  ölkələrinin dollardan asılı olmayaraq öz valyutalarının olacağını bildirib.

İranın Rusiyadakı səfiri Kazim Cəlali Sputnik xəbər agentliyinə müsahibəsində vurğulayıb ki,  "BRICS"  ölkələri "SWIFT" və dollardan asılı olmayan bir ödəniş sistemi yaratmalıdırlar.

İranlı diplomat , bu gün Rusiyanın başda olduğu ABŞ-ın sanksiya siyahısında təxminən 26 ölkənin olduğunu bildirib və əlavə edib : Sanksiyalar Qərbin alətlərindən olmaqla bu gün ABŞ dollar vasitəsilə bir çox ölkənin iqtisadiyyatını girov götürüb . 

Cəlali vurğulayıb: Sanksiya təkcə dövlət başçılarına deyil, həm də adi insanların həyatına təsir edən iqtisadi terrorizmdir, ona görə də ölkələr buna dözməməli, Amerika və Qərb dövlətlərinin müstəqil dövlətlərin taleyi ilə dollarla oynamasına imkan verməməlidirlər.

"BRICS"  Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın ingilis adlarının ilk hərflərinin birləşdirilməsi ilə formalaşan, inkişaf etməkdə olan iqtisadi güclərin rəhbərlik etdiyi qrupun adıdır.

İran İslam Respublikası, Ərəbistan, Argentina, BƏƏ , Əlcəzair, Misir, Bəhreyn və İndoneziya "BRICS" -ə qoşulmaq istəklərini bildiriblər.