Sergey Lavrov başsağlığı verib
(last modified Mon, 20 May 2024 11:19:11 GMT )
May 20, 2024 15:19 Asia/Baku
  • Sergey Lavrov başsağlığı verib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Abdullahianın helikopter qəzasında şəhid olması ilə bağlı başsağlığı verib.

 

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir:

“Rusiyada İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəmizin həqiqi, etibarlı dostları kimi tanınırdılar. Qarşılıqlı faydalı Rusiya-İran əməkdaşlığının və etibarlı tərəfdaşlığın möhkəmləndirilməsində onların rolu əvəzsizdir. Biz vəfat edənlərin ailələrinə və yaxınlarına, eləcə də bütün dost İran xalqına səmimi qəlbdən başsağlığı veririk. Bu kədərli saatda düşüncələrimiz, qəlbimiz sizinlədir”, - Lavrov bildirib.