Donald Tramp: ABŞ-ı axmaq insanlar idarə edir
(last modified Mon, 27 May 2024 07:24:00 GMT )
May 27, 2024 11:24 Asia/Baku
  • Donald Tramp: ABŞ-ı axmaq insanlar idarə edir

ABŞ üçün əsas təhlükə xaricdən deyil, “kommunistlər və faşistlərdən” gəlir. Keçmiş dövlət başçısı Donald Tramp Vaşinqtonda Libertarların Milli Konvensiyasında çıxışı zamanı deyib.

 

Tramp ABŞ sakinlərinin hüquq və azadlıqlarına elə ölkə daxilindən qəsd olunduğunu deyib.

Tramp, həmçinin “digər ölkələrdə hökumətləri sonsuz devirmək və mənasız müharibələr aparmaq” deyil, ölkəni içəridəki hücumlardan qorumalı olduğunu düşündüyü qoşunların məqsədindən də danışıb.

Eks prezident əmindir ki, ABŞ-ı axmaq və səriştəsiz insanlar idarə edir. Onun fikrincə, Ukrayna münaqişəsi məhz buna görə başlayıb və Qəzzadakı vəziyyət buna görə daha da pisləşib.

Qeyd edək ki, Donal Trampın özü də 4 illik prezidentliyi dövründə idarəetmədəki səriştəsizliyinə görə ikinci dəfə seçilə bilmədi.