Avropalı deputatlar Azərbaycanlı məmurlara sanksiya tələb edir
(last modified Sat, 01 Jun 2024 10:55:52 GMT )
İyun 01, 2024 14:55 Asia/Baku
  • Avropalı deputatlar Azərbaycanlı məmurlara sanksiya tələb edir

Brüsseldə Avropa Parlamentinin bir qrup üzvü Azərbaycanda – onların ifadəsi ilə desək - fərqli fikrin bütün formalarına qarşı amansız repressiyaya dair birgə bəyanat verib.

 

Bəyanat müəllifləri ev dustaqlığına buraxılmış Qubad İbadoğlunun ibtidai istintaqının bir ildən artıq müddətə uzadılmasını və ona qarşı irəli sürülən ittihamları pisləyiblər.

“Biz təkrar edirik ki, Azərbaycan hakimiyyəti dərhal ona qarşı olan bütün ittihamları ləğv edin və təcili müalicə üçün xaricə getməsinə icazə verin”, - deyə bəyanatda vurğulanır.

Deputatlar həmçinin bildiriblər ki, onlar Azərbaycanda bütün tənqidi səslərə qarşı davamlı repressiyaları və ədalət mühakiməsinin sistemli şəkildə pozulmasını qətiyyətlə pisləyirlər.