Fransızların erməni təəssübkeşliyi pik həddə çatıb
(last modified Thu, 20 Jun 2024 06:53:43 GMT )
İyun 20, 2024 10:53 Asia/Baku
  •     Fransızların erməni təəssübkeşliyi pik həddə çatıb

Makrona müraciət edildi: Ermənistana ordu göndər!

 

Fransanın bir sıra tanınmış şəxsləri ölkə başçısı Emmanuel Makrona açıq məktub yazaraq, onu Fransa qoşunlarını Ermənistana göndərməyə çağırıb.

Müraciətdə onlar Makronun Ermənistana müdafiə xarakterli hərbi yardım göstərmək təşəbbüsünü alqışlayıblar və iddia ediblər ki, ermənilər üçün “soyqırım riski” var. Ona görə də Fransa silahlı qüvvələri “qardaş ölkə”yə göndərilməlidir.

Müraciəti Parisin meri Ann İdalqo, filosof Elizabet Badinter, keşmiş Avropa və xarici işlər naziri Bernar Kuşner və başqaları imzalayıb.

Teqlər