Amerikanın daxili siyasəti çalxalanır
(last modified Mon, 22 Jul 2024 10:14:12 GMT )
İyul 22, 2024 14:14 Asia/Baku
  • Amerikanın daxili siyasəti çalxalanır

Nəhayət, Amerika Birləşmiş Ştatlarının Demokrat Partiyasından olan prezidenti, 81 yaşlı Co Bayden 5 noyabr 2024-cü il seçkilərində namizədliyi ilə bağlı bir çox müzakirələrdən sonra prezident seçkiləri yarışından imtina edib və vitse-prezidenti Kamala Harrisi Demokrat Partiyasının namizədi olaraq dəstəkləyib.

 

Baydenin namizədlikdən imtina etməsi ilə ABŞ prezident seçkilərinə dörd ay qalmış Ağ Evə nəzarəti ələ keçirmək üçün iki Demokrat və Respublikaçı partiya arasında rəqabət əsaslı dəyişikliyə məruz qalıb.

Bayden Demokrat Partiyasının ilkin seçkiləri başlamazdan əvvəl yarışdan geri çəkilsəydi, onun varisinin Respublikaçı rəqibi Donald Trampı məğlub etmək üçün resursları səfərbər etmək üçün kifayət qədər vaxtı olardı, lakin indi seçkiyə cəmi 100 gün qalıb və demokratların seçki üçün yekun namizədi yoxdur. Bu səbəbdən demokratlar üçün Trampı məğlub etmək çox çətin olacaq.

Digər tərəfdən, Harrisin Demokrat Partiyası daxilində ciddi müxalifləri var, xüsusilə də əksər anketlərdən aydın olur ki, Harris Baydendən yaxşı deyil və hətta ondan geridə qalır.

Bu arada, Baydenin getməsi və Kəmalə Harrisin ABŞ prezident seçkilərində demokrat namizəd kimi təqdim edilməsi ilə ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp üçün vəziyyət xeyli yaxşılaşıb.

Baydenin 2024-cü il seçki kampaniyasından geri çəkildiyini elan etməsindən bir neçə dəqiqə sonra Tramp CNN ilə telefon danışığında Baydeni Amerika tarixinin ən pis prezidenti kimi təsvir edib.

Qeyd edək ki, Baydenin istefası 2024-cü il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampla debatda məğlub olması və son günlər Baydenin istefası üçün Demokrat Partiyası üzvlərinin artan tələblərindən sonra gündəmə gəlib.

Eyni zamanda bəzi hadisələr, xüsusən də Donald Trampın güllələnməsi onun populyarlığının xeyli artmasına və Baydenin qələbə şansının azalmasına səbəb olmuşdur.

Bununla bağlı son rəy sorğusuna əsasən Trampın amerikalı seçicilər arasında reyrinqi sui-qəsd cəhdindən sonra son dörd ildə ən yüksək həddə çatıb. Ona görə də xanım Harris seçki kampaniyasını güclü qurmazsa, Trampdan önə keçə bilməyəcək. Əlbəttə 5 noyabr seçkisində sürprizlərin olacağını da istisna etmək olmaz.