Almaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı
(last modified Wed, 24 Jul 2024 16:53:19 GMT )
İyul 24, 2024 20:53 Asia/Baku
  • Almaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırıldı

Almaniya polisinin bir sıra İslam mərkəzlərini bağlamasının ardınca Almaniyanın Tehrandakı səfiri Hans-Udo Mutzel Qərbi Avropanın baş direktoru Məcid Nili Əhmədabadi tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Görüşdə Almaniya polsinin düşməncəsinə davranışlarını pisləyən və insan haqlarının əsas prinsiplərinə zidd olmaqla yanaşı, İran İslam Respublikasının bu hadisəyə qarşı sərt etirazı səfirə çatdırılıb.

İslam mərkəzlərinin dəyərli və unudulmaz xidmətlərini xatırladan İran XUN-nin Qərbi Avropa üzrə baş direktoru bu hadisədən dərin təəssüf hissi keçirdiyini və bu gün Almaniyada baş verənlərin islamofobiya və ibrahim dinlərinin təlimlərinin əleyhinə atılmış addımların bariz nümunəsi, digər tərəfdən isə, diktatura və zorakılığın qəsdən təbliği olduğunu bildirib.

 “Məlum terrorçuları, zorakılıq və ekstremizm tərəfdarlarını dəstəkləyən bəzi cərəyanlar əsassız ittihamlarla dini və mədəni gərginliyi daha da artırmağa çalışırlar. Almaniya müsəlmanları və dünyanın azad düşüncəli insanları bu mənfur addımı və onun uğursuz nəticələrini məhkum edəcəklər”- Məcid Nili Əhmədabadi əlavə edib.

İran Xarici İşlər Nazirliyinin bu yüksək rütbəli rəsmisi Almaniya hökumətinə xəbərdar edərək bildirib ki, belə bir addımlar fikir və ifadə azadlığına əleyhinə atılmış addımdır və əslində zorakılığı və ekstremizmi təbliğ etməyin bariz nümunəsidir.

Almaniya səfiri bu çağırış iclasında vəziyyəti dərhal Almaniyanın müvafiq orqanlarına çatdırılacağını bildirib.

Xatırladaq ki, Almaniyanın Daxili İşlər Nazirliyi Hamburq İslam Mərkəzini qadağan etdikdən sonra səkkiz federal əyalətində, o cümlədən Hamburq, Bremen, Aşağı Saksoniya və Bavariyada 53 bənzər obyektdə axtarışlar aparılıb.