Təhlükə hələ aradan qalxmayıb
https://parstoday.ir/azeri/news/world-i9474-təhlükə_hələ_aradan_qalxmayıb
Cənubi Kaliforniyanın milyonlarla sakini kütləvi meşə yanğını fonunda hələ də qorxu və təşviş içərisindədir. Hava proqnozu və yanvarın 15-də gözlənilən küləyi nəzərə alaraq, bu əraziyə xəbərdarlıq edilib.
(last modified 2025-01-16T05:38:25+00:00 )
Yan 15, 2025 15:37 Asia/Baku
  • Təhlükə hələ aradan qalxmayıb

Cənubi Kaliforniyanın milyonlarla sakini kütləvi meşə yanğını fonunda hələ də qorxu və təşviş içərisindədir. Hava proqnozu və yanvarın 15-də gözlənilən küləyi nəzərə alaraq, bu əraziyə xəbərdarlıq edilib.

 

Dekabrın 28-dən Los-Ancelesin 5 bölgəsində başlayan bu yanğın ən azı 25 nəfərin həyatına son qoyub və minlərlə evi dağıdıb. 

Yanğınsöndürənlər çərşənbə axşamı Los-Anceles ərazisində küləklər gözlənilmədən sakitləşdikdə iki böyük meşə yanğınını qismən nəzarətə ala bildilər və bir neçə yeni yanğını tez bir zamanda söndürə bildilər.

Halbuki, İton yanğını Los-Ancelesin şimalında tüğyan etməkdə davam edir.

ABŞ-ın Milli Hava Xidməti çərşənbə günü Los-Anceles və Venturanın bəzi hissələrini əhatə edən bölgə üçün qırmızı xəbərdarlıq və xüsusilə təhlükəli vəziyyət elan edib. 

Bu təşkilatın sosial şəbəkələrdə də paylaşılan mesajı aydındır: "Hələ təhlükədən çıxmamışıq"