Trampın Kanadaya qarşı rüsumları dayandırılıb
Kanada özünün 1,3 milyard dollarlıq sərhəd layihəsini icra etməklə yanaşı, sərhədləri yeni personal, texnologiya və helikopterlərlə artıracaq. Kanada həm də öz amerikalı ortaqları ilə daha çox həmkarlıq edəcək və fentanil cərəyanını dayandırmaq məqsədilə mənbələri artıracaq.
Tramp və Trüdo bazar ertəsi günü tariflərlə bağlı iki dəfə telefonla danışıblar.Amerikanın yeni prezidenti fevralın birində Kanada və Meksikadan idxal olunan ticarət mallarına iyirmi beş, Çindən idxal edilən ticarət mallarına isə on faizlik gömrük rüsumları tətbiq etdiyini elan və etiraf etdi ki, bu rüsumların tətbiqi, Amerika xalqının yaşayışına və xərclərin artmasına təsir göstərəcək.Bu rüsumların çərşənbə axşamı günündən icra olunacağı gözlənilsə də, hazırda Meksika və Kanadaya qarşı rüsumlar bir ay müddətinə dayandırılıb.