-
İrana qarşı 12 günlük müharibədə media şəhidlərinin sayı 12-yə yüksəlib
İyul 11, 2025 17:56Bəsic (könüllü) Media Təşkilatı və Milli Media Bəsic Mərkəzi birgə bəyanatda bildiriblər: Sionist rejimin ölkəyə qarşı hərbi təcavüzü zamanı şəhid olan daha iki media fəalının şəxsiyyətinin müəyyən edilməsi və təsdiqlənməsi ilə son müharibənin media şəhidlərinin sayı 12-yə çatıb. Təşkilat həmçinin bu jurnalistlərin qətlini törədənlərin beynəlxalq mühakimə olunmasına çağırıb.
-
Beynəlxalq Əfv Təşkilatı ABŞ-nin BMT-nin xüsusi məruzəçisinə qarşı sanksiyasını pislədi
İyul 11, 2025 17:16Beynəlxalq Əfv Təşkilatı ABŞ tərəfindən BMT-nin xüsusi məruzəçisi Franseska Albaneseyə qarşı tətbiq edilən sanksiyaları beynəlxalq ədalət prinsiplərinə hücum adlandıraraq, beynəlxalq ictimaiyyəti bu hərəkəti qınamağa çağırdı.
-
Pezeşkiyan: Təcavüzün istənilən təkrarı daha qəti və təəssüf doğuran cavabla qarşılanacaq
İyul 10, 2025 16:58Prezident İran İslam Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında ötən illərdəki geniş və prinsipial əməkdaşlıq tarixinə toxunaraq dedi: Bu əməkdaşlığın davam etdirilməsi İranın nüvə faylı ilə bağlı ikili davranışın düzəldilməsi ilə bağlıdır. Hər hansı bir təcavüzün təkrarlanması da daha qəti və təəssüf doğuran cavabla qarşılanacaq.
-
ABŞ Müdafiə Nazirliyi İranın Qətər hava bazasına raket zərbəsi endirdiyini təsdiqləyib
İyul 10, 2025 16:49Pentaqonun sözçüsü bildirib ki, İranın ötən ay Qətərdəki Əl-Udeyd aviabazasına hücumu zamanı atdığı ballistik raketlərdən biri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasını vurub.
-
Əraqçi: Əgər dünya Srebrenitsa faciəsindən dərs alsaydı, bu gün Qəzzada soyqırımın şahidi olmazdıq
İyul 10, 2025 16:23İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Srebrenitsa soyqırımının 30-cu ildönümündə yazıb: Əgər dünya Srebrenitsa faciəsindən həqiqətən dərs çıxarsaydı, bu gün müsəlmanlara qarşı daha bir soyqırım – bu dəfə Qəzzada – baş verməzdi.
-
Ölkənin cənub-şərqində sionist terror qruplaşması məhv edildi
İyul 10, 2025 16:17SEPAH-ın Qüds regional qərargahı yayımladığı bəyanatda, Sistan və Bəlucistan vilayətinin Nikşəhr bölgəsində bir terrorçu qruplaşmanın gizləndiyi “təhlükəsiz ev” aşkar edilərək məhv edildiyini elan edib.
-
İrandakı Qırmızı Xaç Nümayəndəsi: Xilasedicilər təhlükə və zərərdən amanda qalmalıdırlar
İyul 10, 2025 14:02Beynəlxalq Qızıl Xaç Komitəsinin İrandakı Nümayəndəliyinin rəhbəri kritik vəziyyətlərdə xilasedicilər və tibb işçilərinin təhlükəsizliyinin qorunmasının vacibliyinə toxunaraq deyib: Humanitar missiyalar zamanı xilasedicilərin təhdid və zərərlərdən qorunması vacibdir.
-
İran Britaniya Parlamentinin təhlükəsizlik ittihamlarına sərt cavab verdi
İyul 10, 2025 12:18İran İslam Respublikasının Londondakı səfirliyi yayımladığı bəyanatda, Britaniya Parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin son hesabatını “qərəzli, siyasi və əsassız” adlandıraraq, irəli sürülmüş bütün ittihamları qəti şəkildə rədd edərək bu addımı gərginlik yaradan və diplomatik prinsiplərə zidd bir hərəkət kimi qiymətləndirib.
-
Netanyahu: İranla müharibənin nəticələri barədə Tramp ilə danışdım
İyul 09, 2025 13:49Sionist rejimin baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə apardığı məsləhətləşmələrin əsas mövzuları barədə deyib: Tramp ilə İranla müharibənin mümkün nəticələri barədə danışdım.
-
Əraqçi Səudiyyə Ərəbistanının müdafiə naziri ilə görüşüb
İyul 09, 2025 13:48İranın xarici işlər naziri Səudiyyə Ərəbistanının müdafiə naziri ilə görüşdə iki ölkə arasındakı əsas ikitərəfli məsələlər və regionda baş verən son hadisələr, xüsusilə də sionist rejimin İran İslam Respublikasına qarşı hərbi təcavüzü barədə fikir mübadiləsi aparıb.