İranın xarici işlər naziri Çinə səfər edəcək
İran Xarici İşlər Nazirliyinin sözçüsü ölkənin xarici işlər naziri Seyid Abbas Əraqçinin Çinə səfər edəcəyini açıqlayıb.
Xarici siyasət sahəsində fəaliyyət göstərən jurnalistlərlə söhbətində nazirliyin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Seyid Abbas Əraqçi Çin Xarici İşlər Naziri Vanq Yinin dəvəti ilə bu ölkəyə səfər edəcək.
Onun sözlərinə görə, səfər gələn həftənin bazar ertəsi günü baş tutacaq və nazir Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Bu səfər çərçivəsində İran xarici işlər naziri toplantıda iştirak etməklə yanaşı, ölkəsinin mövqeyini və baxışlarını izah edəcək, həmçinin Çin xarici işlər naziri və toplantıda iştirak edən digər bəzi ölkələrin nazirləri ilə görüşlər keçirəcək.
Nazirlərin toplantısının əsas gündəm mövzusu Şanxay Əməkdaşlıq Təşkilatının liderlər sammitinin təşkili və ona hazırlıq məsələləri olacaq.