-
İran səfirliyi: Sionist rejimin xarici işlər nazirinin Bakıda səsləndirdiyi fikirlər yalan və təxribat xarakterlidir
Yan 27, 2026 11:38İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidməti yaydığı bəyanatda sionist rejimin xarici işlər nazirinin Azərbaycan Respublikasına səfəri zamanı səsləndirdiyi fikirləri “müdaxiləçi, təxribatçı və tamamilə yalan” adlandıraraq pisləyib.
-
Ərdəbilin Cümə İmamı: 19 Yanvar müsəlman azərilərin vəhdət və həmrəylik günüdür
Yan 25, 2026 07:13Vəliyyi-fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi və Ərdəbilin Cümə İmamı bildirdi: "19 yanvar dünyanın müsəlman azərilərinin vəhdət, həmrəylik və könüllərin bir olması günü, nifrət və təfriqələrdən uzaqlaşma günü, habelə Azərbaycan Respublikasının müsəlman xalqının bütün ayrılıqlara son qoyduğu gündür."
-
Tehran öz müdafiə doktrinasını çəkindiricilik və müdafiə gücünə əsaslanan sülh üzərində qurub
Yan 24, 2026 17:11İran İslam Respublikasının Fransadakı səfiri Məhəmməd Əminnejad, Paris Geosiyasət Akademiyasında keçirilən "Bugünkü İran: daxili dinamika və regional mühit" adlı iclasda Tehranın daxili proseslərə, regional mövqeyinə və keçid dövründə olan dünya nizamında İranın yerinə baxışını şərh edib.
-
Bəqayi: Siyasət aparmaq şəxsi ismarıclar göndərməklə olmur
Yan 24, 2026 12:26Xarici İşlər Nazirliyinin sözçüsü, Fransa Prezidenti Emmanuel Makronun amerikalı həmkarı Donald Tramp tərəfindən ifşa edilən və Makronun Trampa İranla bağlı "böyük işlər görə bilərik" təklifini verdiyi sözləri ilə bağlı İRNA-nın sualına cavab olaraq deyib: "Siyasət aparmaq, saxlanılmasına heç bir zəmanət olmayan şəxsi ismarıclar göndərməklə olmur; əksinə, ölkələr beynəlxalq proseslərlə bağlı məsuliyyətli davranmalıdırlar."
-
Əraqçi: Avropa İttifaqının hazırkı problemi keçmiş siyasətlərin bumeranq effektidir
Yan 21, 2026 10:39İranın Xarici İşlər naziri Avropa İttifaqının mövcud çətinliyinin məhz "əks effekt" (bumeranq effekti) adlanan problem olduğunu vurğulayaraq izah edib: "Prezident Tramp birinci prezidentlik dövründə İranla nüvə sazişini birtərəfli qaydada ləğv edərkən, Avropa "üçlüyü" (E3) və Avropa İttifaqı tam bir qətiyyətlə ona tabe oldular, hətta ona kömək etdilər. Bunu edərkən onlar bugünkü nəticələri də nəzərə almalı idilər".
-
İranın Cenevrədəki səfiri: "Bəzi Qərb dövlətlərinin İranın təhlükəsizlik qüvvələrinə qarşı mövqeyi riyakarlıq nümunəsidir"
Yan 21, 2026 10:35Bazar ertəsi, 19 yanvar 2026-cı il tarixində İran İslam Respublikasının BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi və səfiri Əli Bəhreyninin ev sahibliyi ilə ölkədəki son hadisələrə dair iclas keçirilib. İclasda xarici ölkələrin səfirləri və nümayəndələri iştirak ediblər.
-
İranın Fransadakı səfiri: Zorakı hərəkətləri mülki etiraz çərçivəsində xarakterizə etmək olmaz
Yan 21, 2026 10:18İran İslam Respublikasının Fransadakı səfiri qanuni etirazlarla zorakı hərəkətlər arasındakı fərqi vurğulayaraq bildirib: Xalqın iqtisadi və sosial tələbləri ilk gündən rəsmi şəkildə tanınıb və ölkə rəsmiləri tərəfindən bu tələblərin cavablandırılması üçün zəruri tədbirlər görülüb. Lakin xaricdən təhrik edilən şübhəli ünsürlərin müdaxiləsi bəzi toplaşmaların mahiyyətinin dəyişməsinə və qeyri-sabitliyin yaranmasına səbəb olub.
-
Vilayəti: ABŞ və sionist rejimlə mübarizə daha ciddi şəkildə davam edəcək
Yan 20, 2026 10:54Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri İrandakı son hadisələrə toxunaraq bildirib: İlahi lütf sayəsində bu sui-qəsd zərərsizləşdirildi, lakin Sionist rejim və ABŞ-yə qarşı mübarizə daha ciddi qətiyyətlə davam etdiriləcək.
-
Prezident: Ali Rəhbərə ihanət İran xalqına qarşı müharibə deməkdir
Yan 19, 2026 08:12İran Prezidenti Məsud Pezeşkian Donald Trampa ünvanladığı mesajında bildirib: Ölkəmizin Ali Rəhbərinə ihanət İran xalqına qarşı tammiqyaslı müharibə elan etməkdir.
-
İranlı baş məşqçı Azərbaycan Respublikası güləş komandasına baş məşqçi seçildi
Yan 19, 2026 06:25Azərbaycan Respublikasının güləş komandasının İranlı baş məşqçisi Məhəmməd Bəna bakıda mətbuata ilk açıqlamasında, Azərbaycan komandasına baş məşqçi seçilməsinə görə sevinc hissi duyduğunu bildirib.