İran Əfqanıstan-Pakistan dialoqa vasitəçilik etməyə hazırdır- Əraqçi
İran İslam Respublikası dialoqa vasitəçilikdə və iki ölkə arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsinə istənilən dəstəyi göstərməyə hazırdır
İran Əfqanıstanla Pakistan arasında baş vermiş silahlı münaqişənin nizamlanmasına vasitəçilik etməyə hazırdır.
bunu İranın XİN rəhbəri seyid Abbas Əraqçi bildirib.
“İslam dünyasında təmkin və həmrəyliyin gücləndirilməsi ayı olan müqəddəs Ramazan ayında Əfqanıstan və Pakistan mehriban qonşuluq münasibətləri çərçivəsində və dialoq vasitəsilə aralarında olan ixtilafları yoluna qoymalıdır”,- Əraqçi bildirib.
Onun sözlərinə görə, İran İslam Respublikası dialoqa vasitəçilikdə və iki ölkə arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsinə istənilən dəstəyi göstərməyə hazırdır.