Tramp iddia edir: Mən İranla razılaşmaq istəyirəm
https://parstoday.ir/azeri/news/iran-i13764-tramp_iddia_edir_mən_İranla_razılaşmaq_istəyirəm
ABŞ prezidenti İranla danışıqların davam etdirildiyini elan edərək, razılığa gəlmək istədiyini iddia edib.
(last modified 2026-02-28T05:22:24+00:00 )
Fev 28, 2026 09:22 Asia/Baku
  • Tramp iddia edir: Mən İranla razılaşmaq istəyirəm

ABŞ prezidenti İranla danışıqların davam etdirildiyini elan edərək, razılığa gəlmək istədiyini iddia edib.

Cümə günü, yerli vaxtla, ABŞ Prezidenti Donald Tramp jurnalistlərə əvvəlki iddialarını təkrarlayıb: İran nüvə silahına sahib ola bilməz.

Bu barədə, İran Tele-Radio xəbər Agentliyi məlumat verib.

Çıxışının başqa bir hissəsində o, iddia edib ki, Mən İranın danışıqlar yanaşmasından məmnun deyiləm. Lakin gələn cümə günü daha çox danışıqların keçirilməsi gözlənilir.

İranda rejim dəyişikliyi baş verə bilər və ya baş verməyə bilər. Əlbəttə ki, hələ İranla bağlı qərar verməmişəm.- Tramp iddia edib .

ABŞ Prezidenti əlavə edib ki, Mən İranla razılığa gəlmək istəyirəm.

İrana qarşı hərbi avantürizm ehtimalı ilə bağlı suala cavab olaraq Tramp iddia edib: istəmirəm, amma bəzən etməliyəm.

O iddia edib ki, İran "nüvə silahına yox" qızıl sözünü demir.

Qeyd edək ki, ABŞ başda olmaqla qərblilərin İranın dinc nüvə proqramına və nüvə silahı əldə etməyə çalışdığına dair yalan iddialarına baxmayaraq, ölkəmiz dəfələrlə nüvə silahı istehsal etmədiyini və etməyə çalışmadığını bildirib və MAQATE onun dinc fəaliyyətini izləyir.