Kəşfiyyat Nazirliyi: Tehranda Amerika və sionist rejimin silahlı muzdlu dəstəsi məhv edildi
İranın Kəşfiyyat Nazirliyi yaydığı bəyanatda Tehranda Amerika və İsrail rejiminə məxsus silahlı muzdlu terror qruplaşmasının zərərsizləşdirildiyini bildirib.
Bəyanatda qeyd olunur: "Əhalinin həmkarlığı və həyata keçirilən kəşfiyyat-əməliyyat tədbirləri nəticəsində, Tehranda təcavüzkar ağalarının əmrlərini yerinə yetirməyi planlaşdıran ABŞ-İsrail muzdlularından ibarət terror dəstəsi müəyyən edilərək Kəşfiyyat Nazirliyinin "İmam Zamanın (ə.f) adsız əsgərləri" tərəfindən həbs ediliblər."Məlumatda həmçinin bildirilir: "Bu terrorçu muzdlulardan 11 ədəd "Kalaşnikov" markalı odlu silah, külli miqdarda patron və şəhər döyüşü üçün avadanlıqlar, müəyyən məbləğdə xarici valyuta (Avro və Dollar) və bir ədəd "Starlink" cihazı aşkar edilərək götürülmüşdür."