“Dünyanın ən böyük şəri elə Amerika və sionistlər imiş”
https://parstoday.ir/azeri/news/azerbaijan-i10198-dünyanın_ən_böyük_şəri_elə_amerika_və_sionistlər_imiş
Azərbaycanlı araşdırmaçı jurnalist ABŞ və sionist İsrail rejimini dünyanın ən böyük şər rejimləri adlandırıb.
(last modified 2025-03-04T07:24:53+00:00 )
Mart 03, 2025 19:23 Asia/Baku
  • “Dünyanın ən böyük şəri elə Amerika və sionistlər imiş”

Azərbaycanlı araşdırmaçı jurnalist ABŞ və sionist İsrail rejimini dünyanın ən böyük şər rejimləri adlandırıb.

 

Eynulla Fətullayev öz feysbuk paylaşımında yazır: “Amerika Ukraynaya çağırış etdi: ərazilərinizi Rusiyaya təslim edin, təslim olun, işğal ilə barışın!.. Ondan sonra təhlükəsizlik qarantiyası olacaq.

Ay şərəfsizlər, bundan sonra sizə kim inanacaq? Tarixdə ən böyük xəyanətə imza atdınız. Ən dəhşətlisi odur ki, ABŞ-da hamı susub. Hanı etiraz səsləri? Obama, Buş, Bayden, Harris… demokratlar, müxaliflər, senatorlar, ziyalılar, hüquq müdafiəçiləri niyə etiraz etmir? Hanı Human Rights Watch? Və ya Freedom House? Niyə müqavimət göstərmirlər?”

Eynulla Fətullayev yazının sonunda fikrini bu cümlələrlə tamalayıb: “Dünyanın ən böyük şəri elə Amrika-sionistlər imiş… Biz də İranı qınayırdıq.