Bakı Xəbər qəzeti: Əlican-Marqara keçidi hələ açılmalı deyil....
https://parstoday.ir/azeri/news/azerbaijan-i10424-bakı_xəbər_qəzeti_Əlican_marqara_keçidi_hələ_açılmalı_deyil....
Azərbaycan iqtidarına yaxın dairələr Türkiyəni Ermənistana nəfəslik verməkdə ittiham edirlər.
(last modified 2025-03-27T08:45:40+00:00 )
Mart 24, 2025 17:37 Asia/Baku
  • Bakı Xəbər qəzeti: Əlican-Marqara keçidi hələ açılmalı deyil....

Azərbaycan iqtidarına yaxın dairələr Türkiyəni Ermənistana nəfəslik verməkdə ittiham edirlər.

 

Bakı Xəbər yazır: “Ermənistanın Suriyaya "humanitar yardımı" məhz Türkiyənin üzərindən həyata keçirməsi anlaşılmaz hərəkətdir”.Məqalə müəllifinin fikrincə, 30 il müddətinə Azərbaycan torpaqlarını işğalda saxlamış Ermənistanın özünə humanist imic qazanmaq cəhdi tamamilə göz qabağındadır. Bu faktı nəzərə alaraq, Ermənistanın Suriyaya humanitar yardımları xatirinə Türkiyə - Ermənistan sərhəddində Əlican- Marqara keçid məntəqəsi hətta müvəqqəti də olsa açılmalı deyil... Ermənistanın Suriyaya humanitar yardım göstərməsi hansısa arqumentlərlə bu qədər vacibdirsə, qoy bunu Türkiyənin üzərindən yox, hələlik başqa marşrutlarla həyata keçirsin. Çünki Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün gərəkli işləri hələ tam görməyib.