Daha bir Vətən Müharibəsi qazisi intihar etdi
https://parstoday.ir/azeri/news/azerbaijan-i10574-daha_bir_vətən_müharibəsi_qazisi_intihar_etdi
Azərbaycan Respublikasında daha bir Vətən Müharibəsi qazisi intihar edib.
(last modified 2025-04-08T05:44:41+00:00 )
Apr 07, 2025 18:43 Asia/Baku
  • Daha bir Vətən Müharibəsi qazisi intihar etdi

Azərbaycan Respublikasında daha bir Vətən Müharibəsi qazisi intihar edib.

 

Bu məlumata əsasən, Füzuli rayonunun İkinci Mahmudlu kənd sakini, 1992-ci il təvəllüdlü Ayxan Hümbət oğlu Bayramov yaşadığı evin həyətində özünü asıb.Hadisə aprelin 6-sı günorta saatlarında baş verib.Baş vermiş hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.

A.Hümbətovun iki azyaşlı övladının olduğu bildirilir.İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən 5 il yarım ərzində Azərbaycanda onlarla müharibə veteranı - qazilər intihar edib. Bu, onların keçirdikləri sarsıntıların nəticəsi, yetərli psixoloji dəstək ala bilməməsi, sosial çətinliklərlə üzləşməsi kimi amillərlə izah edilir.