4 türk ölkəsi Antalya Forumunu boykot etdilər
https://parstoday.ir/azeri/news/azerbaijan-i10710-4_türk_ölkəsi_antalya_forumunu_boykot_etdilər
4 Mərkəzi Asiya ölkəsinin Antalya Diplomatik Forumunda iştirak etməməsi Türkiyənin sürətlə öz nüfuzunu itirdiyinə dəlalət edir.
(last modified 2025-04-15T10:58:02+00:00 )
Apr 14, 2025 15:43 Asia/Baku
  • 4 türk ölkəsi Antalya Forumunu boykot etdilər

4 Mərkəzi Asiya ölkəsinin Antalya Diplomatik Forumunda iştirak etməməsi Türkiyənin sürətlə öz nüfuzunu itirdiyinə dəlalət edir.

 

Azərbaycanlı politoloq Xaqani Cəfərli öz feysbuk şərhində Antalya Forumunun Türkiyə üçün üzücü bir mənzərə ortaya qoyduğuna toxunaraq yazır: “Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın dövlət başçıları Türkiyənin çox böyük önəm verdiyi Antalya Diplomatik Formunda iştirak etmədilər. Bundan əlavə Macarıstanın baş naziri Viktor Orban istisna olmaqla Avropa İttifaqına üzv ölkələrdən də heç birinin dövlət və hökumət başçısı Foruma qatılmadı. Həmçinin Ərəb dünyasının aparıcı ölkələrinin liderlərinin də Forumda görünməməsi diqqətlərdən qaçmamalıdır”. 

Müəllif hesab edir ki, Antalya Diplomatiya Forumu Türkiyənin beynəlxalq münasibətlərdəki yerini və təsirini itirdiyini göstərir.

Onun fikrincə, Ankara yanlış xarici siyasətini dəyişməsə, daha da təklənəcək.