Azərbaycanın Tehrandakı səfirliyinə basqın edən şəxsə verilən qisas hökmü icra edilib
Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən şəxsə verilən qisas hökmü bu gün səhər saatlarında icra olunub.
27 yanvar 2023-cü il, səhər saat 8:00-da silahlı şəxs Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum etdi. Bu şəxsin səfirliyə hücumundan sonra bir azərbaycanlı həyatını itirmiş, iki nəfər yaralanmışdı.Hadisədən dərhal sonra Tehranın Cinayət İşləri üzrə Baş Prokurorluğunun rəhbəri hadisə yerinə gəlib və ilkin araşdırmalar nəticəsində şəxsin şəxsi motivlərlə Azərbaycanın Tehrandakı səfirliyinə hücum etdiyini açıqlayıb.İlkin istintaqda təqsirləndirilən şəxs iddia edib ki, “bu ilin aprel ayında həyat yoldaşım Azərbaycanın Tehrandakı səfirliyinə gedib və bir daha evə qayıtmayıb”.O, Azərbaycan səfirliyinə hücum motivini belə izah edib: “Mən elə bilirdim ki, həyat yoldaşım Azərbaycanın Tehrandakı səfirliyindədir və mənimlə görüşmək istəmir. Artıq aldığım Kalaşnikov avtomatı ilə səfirliyə getməyə qərar verdim".Tehran Cinayət Məhkəməsində məhkəmə istintaqı başa çatdıqdan sonra Tehran Prokurorluğu bu iş üzrə təqsirləndirilən şəxsə səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşının səfirlik binasında qəsdən öldürülməsinə təşəbbüs, Kalaşnikov avtomatı və tapança da daxil olmaqla icazəsiz silah və sursatların alınması, daşınması və saxlanması və ictimai asayişin pozulması ittihamı ilə ən ağır cəza tələb edib.İttiham aktının çıxarılaraq məhkəməyə təqdim edilməsi ilə Azərbaycan Respublikasının Səfirliyinə hücumu törədən şəxsə qarşı irəli sürülən ittihamlara dair məhkəmə iclası iş üzrə təqsirləndirilən şəxsin və onun vəkillərinin iştirakı ilə bir neçə iclasda keçirilib.Məhkəmə işə baxdıqdan sonra Azərbaycan səfirliyinə hücum edən şəxs barəsində qisas qərarı çıxarıb və iş hökmün təsdiq edilməsi üçün Ali Məhkəməyə göndərilib.Ali Məhkəmənin təqsirləndirilən şəxsin cəzasını qüvvədə saxlaması ilə bu şəxsə verilən qisas hökmü nəhayət, bu səhər icra olunub.