Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan
https://parstoday.ir/azeri/news/azerbaijan-i11332-azərbaycanda_ermənistan_malları_satılacaq_simonyan
Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, Azərbaycanda Ermənistan malları satılacaq.
(last modified 2025-06-01T11:33:25+00:00 )
İyun 01, 2025 15:32 Asia/Baku
  • Azərbaycanda Ermənistan malları satılacaq - Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan bəyan edib ki, Azərbaycanda Ermənistan malları satılacaq.

 

Simonyan qeyd edib: “Ermənistanla Azərbaycan sülh şəraitində yaşayacaq, bir-biri ilə ticarət edəcək, əvvəllər olduğu kimi bizim bazarlarda Azərbaycan malları, onların bazarlarında isə Ermənistan malları olacaq. Ermənilərlə azərbaycanlılar yan-yana yaşayacaqlar. Müharibə olmayacaq, sülh olacaq”.Erməistan parlamentinin sədri iki xalq arasında sülh və birgəyaşayışa qarşı çıxan erməniləri “Koçaryan-Serj zooparkında yaşayan heyvanlar” adlandırıb.