Doğrudanmı reallıq hissini itirmək bu qədər asandır? – ŞƏRH
(last modified Sun, 15 Jun 2025 07:02:30 GMT )
İyun 15, 2025 11:02 Asia/Baku
  • Doğrudanmı reallıq hissini itirmək bu qədər asandır? – ŞƏRH

Azərbaycan müxalifətinin tanınmış siması İsrail rejiminin Azərbaycandakı trollarını bu rejimə bəraət qazandırmağa çalışdıqlarına görə qınadı.

 

Milli Şuranın sədri, tarix elmləri doktoru, professor Cəmil Həsənli feysbuk üzərindən yaydığı məqalədə yazır: “İsrailin İranı vurmasi terrorzmdir. Bunun ayırı adı yoxdur. İsrail Qəzzədə törətdiyini indi də İranda törədir. Nüvə tətqiqatları obyektləri ilə yanaşı mülki obyekt kimi Təbriz Hava limianı və digər mülki obyektlər də vurulub. Dinc əhali həyacan içindədir. Lakin bizim bəzi vətəndaşlarımızın, "politoloq" və  "şərhçilərin" sevincini anlaya bilmirəm. Orada Təbriz aeroportu dağıdılır, dinc insanlar ölür, burada şadyanalıq edilir, Qisas təbliğatı aprılır, misallar gətirilir, İran filan vaxtı elə elədi, belə elədi. Doğrudanmı reallıq hissini itirmək bu qədər asandır?”.

Cəmil Həsənli sonra bildirir: “Bilirəm bu yazıdan sonra mənə də hücumlar ediləcək. Amma təcavüzkarla təcavüzün qurbanına münasibətdə necə olursa olsun təcavüzkara haqq qazandırmaq olmaz. Bizim ölkəmiz 30 ilə yaxın bu haqsızlığın ağırlığını öz çiyinlərində hiss edib. Əgər İran beynəlxalq qaydaları pozubsa, İrananın cəzalandırılmasına Biləşmiş Millətlər qərar verməlidir. İsrailin bu gün bir tərəfli qaydada etdikləri Birləşmiş Millətlərin üzvü olan müstəqil dövlətə qarşı təcavüzdür. Buna sevinmək yox, təəssüflənmək lazımdır. İsrailin bu addımı dünyanı hərki-hərkiliyə çəkir.  Niyə Biləşmiş Millətlərin qərarı olmadan İranın cəzaladdırılması missiyanı İsrail öz üzərinə götürməlidi? Buna cavabdeh olan beynəlxalq birlik haradadadır?”.

Politoloq qeyd edir ki, İsrailin Qəzzədə törətdiyinin bəraiti yoxdur. Qəzzədə baş verənlər XXI əsrin soyqrımı, kütləvi insan qətlləri, insanlıq adına həqarətdir. Əgər bu gün Təbriz hava limanı vurulursa, heç bir təminat yoxdur İsrailin Qəzzədə törətdiyi İranda təkrar olunmayacaq. 

“Məni istənilən qədər tənqid edə bilərsiniz, hətta siyası səbatsızlıqda da ittiham edə bilərsiniz. Amma biz bugünkü mövqeyimizə görə sabah utanmamalıyıq. Heç bir halda təcavüzkarın yanında dayanmaq olmaz. İsrialilin Qəzzədə törətdiyi soyqırıma, İrana təcavüzünə bəraət qazandırmaq olmaz. Yuxularımızın şəhəri olan Təbrizə raket zərbələri endirən İsraili alqışlamaq, təcavüzkara züy tutmağa görə heç kim bizə "cənnət" qəbzi verməyəcək”, - deyə Milli Şuranın sədri öz məqaləsində vurğulayır.

Cəmil Həsənlinin məqaləsi bu cümlələrlə bitir: “Mən açıq şəkildə bəyan edirəm: İsrailin İrana təcavüzünün əleyhinəyəm, Təbriz aeroportunun dağıdılmasının əleyhinəyən, təcavüz nəticəsində günahsız insanların ölməsinin əleyhinəyəm, Qəzzənin İranda təkrar edilməsinin əleyhinəyəm! Biz bu təcavüzə qarşı İran xalıq ilə, Arazın o tayındakı qardaşlarımızla həmrəy olmalıyıq!”.