İran və Azərbaycan prezidentlərinin telefon danışığında müzakirə olunan məsələlər:
(last modified Fri, 27 Jun 2025 12:14:38 GMT )
İyun 27, 2025 16:14 Asia/Baku
  • İran və Azərbaycan prezidentlərinin telefon danışığında müzakirə olunan məsələlər:

Prezident Dr. Pezeşkiyan, sionist rejimin kiçik pilotsuz uçuş aparatlarının İran ərazisinə Azərbaycanın hava məkanından daxil olması ilə bağlı yayılan xəbərlərin araşdırılmasının vacibliyini vurğulayıb.

 

Prezident İlham Əliyev cavab olaraq bəyan edib: “Heç bir halda hava məkanımızın, dost və qardaş İran İslam Respublikasına qarşı istifadə olunmasına icazə vermərik.”

 

İran Prezidenti, qonşularla dostcasına münasibətlərin Tehran hökumətinin əsas prinsipial siyasəti olduğunu qeyd edərək əlavə edib: “Son günlərdə qonşu ölkələrin liderləri ilə apardığım danışıqlarda vurğulamışam ki, İran bölgədə sülh və sabitliyin tərəfdarıdır, bütün qonşu ölkələrin ərazi bütövlüyünə və milli suverenliyinə hörmətlə yanaşır. Ümid edirəm İran ilə Azərbaycan arasında münasibətlər daha da artıq genişlənəcək, beləliklə hər iki xalq arasında əlaqələr daha da möhkəmlənəcək.”