Əliyev İranın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbuletmə mərasimində:
https://parstoday.ir/azeri/news/azerbaijan-i11748-Əliyev_İranın_azərbaycandakı_yeni_səfirinin_etimadnaməsini_qəbuletmə_mərasimində
Bakı indiyədək imkan verməyib və gələcəkdə də imkan verməyəcək ki, Azərbaycanın ərazisindən İrana qarşı hər hansı bir fəaliyyət həyata keçirilsin.
(last modified 2025-06-29T10:35:25+00:00 )
İyun 27, 2025 19:52 Asia/Baku
  • Əliyev İranın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbuletmə mərasimində:

Bakı indiyədək imkan verməyib və gələcəkdə də imkan verməyəcək ki, Azərbaycanın ərazisindən İrana qarşı hər hansı bir fəaliyyət həyata keçirilsin.

 

Azərbaycan Respublikasının Prezidenti etimadnaməsini təqdim edən İran İslam Respublikasının səfiri ilə görüşdə bildirib ki, ölkəsinin ərazisi və hava məkanı üzərində tam nəzarət mövcuddur və Azərbaycanın ərazisindən İrana qarşı heç bir təhdid və fəaliyyətin baş verməsinə icazə verilməyib və verilməyəcək.

 

İran İslam Respublikasının səfiri Müctəba Dəmirçilu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşərək etimadnaməsini təqdim edib və iki ölkə arasında ikitərəfli münasibətlər, regional proseslər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıb.

 

Azərbaycan Prezidenti səfiri təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb və qeyd edib ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə münasibətlərin inkişafında maraqlıdır. O, habelə cənab Prezident Pezeşkiyanın son səfəri zamanı Bakı şəhərində iqtisadi sahələr də daxil olmaqla mühüm razılaşmaların əldə edildiyini vurğulayıb.