Azərbaycanın Britaniyadakı səfiri: İran xalqının kədərinə şərikik / Regionda sabitliyin əhəmiyyəti mühümdür
(last modified Mon, 30 Jun 2025 18:37:29 GMT )
İyun 30, 2025 22:37 Asia/Baku
  • Azərbaycanın Britaniyadakı səfiri: İran xalqının kədərinə şərikik / Regionda sabitliyin əhəmiyyəti mühümdür

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov İran İslam Respublikasının Londondakı səfirliyinə baş çəkərək, son günlərdə sionist rejimin hücumlarında şəhid olanların xatirəsinə həsr olunmuş anım kitabını imzalayıb və İran xalqı və dövləti ilə həmrəyliyini ifadə edib. O, həmçinin bölgədə sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb.

 

Elin Süleymanov İRNA-nın London müxbiri ilə söhbətində bildirib:“Mən bu gün buradayam ki, hökumətim adından həyatını itirənlərə, onların ailələrinə və İran İslam Respublikasına dərin hüzn və başsağlığımızı bildirəm. Ümid edirik ki, tezliklə sülh bərpa olunacaq. Biz qardaş xalqlarıq, qonşuyuq, dostuq, ortaq tariximiz var. Uzun illərdir birgə yaşayırıq və təbii ki, sizin acınızı anlayırıq.”O əlavə edib:“Regionumuzda nə qədər tez sülh və sabitlik bərpa olunsa, bir o qədər tez hamımız təhlükəsizlik və parlaq gələcək içində yaşaya bilərik. Sizin kədərinizi bölüşürük və bu məqsədlə buradayam ki, başsağlığımızı çatdırım.”Səfiri əlavə edib ki, Azərbaycan dövləti münaqişələrin ilk günündən sülh çağırışı edib və İran ilə sionist rejim arasında gərginliyin artmasından narahatlığını bildirib.