Azərbaycanın Daxili İşlər Naziri İranlı həmkarına başsağlığı göndərdi
https://parstoday.ir/azeri/news/azerbaijan-i12432-azərbaycanın_daxili_İşlər_naziri_İranlı_həmkarına_başsağlığı_göndərdi
22 avqust tarixində İranın Sistan və Bəlucistan əyalətində yerləşən İranşəhr şəhərində iki polis patruluna qarşı silahlı hücum nəticəsində beş polis əməkdaşının şəhid olması ilə əlaqədar, Azərbaycan Respublikasının Daxili İşlər Naziri İranın daxili işlər naziri ilə əlaqə saxlayaraq başsağlığı verib.
(last modified 2025-08-25T12:42:08+00:00 )
Avq 23, 2025 06:15 Asia/Baku
  • Azərbaycanın Daxili İşlər Naziri İranlı həmkarına başsağlığı göndərdi

22 avqust tarixində İranın Sistan və Bəlucistan əyalətində yerləşən İranşəhr şəhərində iki polis patruluna qarşı silahlı hücum nəticəsində beş polis əməkdaşının şəhid olması ilə əlaqədar, Azərbaycan Respublikasının Daxili İşlər Naziri İranın daxili işlər naziri ilə əlaqə saxlayaraq başsağlığı verib.

 

Nazirlikdən verilən məlumata görə, başsağlığı mesajında deyilir: Hörmətli cənab nazir, İran İslam Respublikasının Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində, polisə qarşı törədilən silahlı hücum nəticəsində beş polis əməkdaşının şəhid olmasından böyük təəssüf və kədər hissi keçirtdik. Biz bu dəhşətli cinayəti şiddətlə pisləyir və terrorizmə qarşı mübarizədə Azərbaycan Respublikasının tam dəstəyini bildiririk.

 

Mesajda həmçinin, Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları adından şəhidlərin ailələrinə və bütün İran xalqına başsağlığı verilib.