Azərbaycanın Baş nazirinin müavini: İran və Rusiya ilə ticarət əlaqələri genişlənəcək
https://parstoday.ir/azeri/news/azerbaijan-i12940-azərbaycanın_baş_nazirinin_müavini_İran_və_rusiya_ilə_ticarət_əlaqələri_genişlənəcək
Azərbaycanın Baş nazirinin müavini bildirib: Ölkəsinin İran İslam Respublikası və Rusiya Federasiyası ilə nəqliyyat, enerji və gömrük sahələrində əməkdaşlığı genişlənəcək və üçtərəfli əlaqələrin gücləndirilməsi üçün mühüm qərarlar qəbul edilib.
(last modified 2025-10-15T12:12:52+00:00 )
Okt 15, 2025 11:07 Asia/Baku
  • Azərbaycanın Baş nazirinin müavini: İran və Rusiya ilə ticarət əlaqələri genişlənəcək

Azərbaycanın Baş nazirinin müavini bildirib: Ölkəsinin İran İslam Respublikası və Rusiya Federasiyası ilə nəqliyyat, enerji və gömrük sahələrində əməkdaşlığı genişlənəcək və üçtərəfli əlaqələrin gücləndirilməsi üçün mühüm qərarlar qəbul edilib.

 

Şahin Mustafayev çərşənbə axşamı Astara şəhərinə səfəri zamanı qeyd edib: Bakıda keçirilən son üçtərəfli görüşdən sonra Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, enerji və gömrük sahələrində əməkdaşlığın inkişaf etdirilməsi qərara alınıb və bu məqsədlə vacib addımlar atılıb.O bildirib: Azərbaycan həm İran, həm də Rusiya ilə torpaq sərhədinə malikdir və bu ölkələrlə dost və yaxın münasibətlər iqtisadi və ticarət əməkdaşlığının artırılması üçün əlverişli zəmin yaradıb.Baş nazirin müavini əlavə edib: Üç ölkənin diqqət mərkəzində olan ən önəmli layihələrdən biri Şimal–Cənub beynəlxalq dəhlizidir və bu çərçivədə İran və Rusiya ilə razılaşmaya əsasən Rəşt–Astara dəmir yolunun tikintisi aparılır. Hesablamalara görə, 2028-ci ilə qədər üç ölkə arasında yükdaşıma həcmi 15 milyon tona çatacaq.