Əliyev: Azərbaycan Ermənistanla bağlı bütün tranzit məhdudiyyətlərini ləğv edib
https://parstoday.ir/azeri/news/azerbaijan-i13028-Əliyev_azərbaycan_ermənistanla_bağlı_bütün_tranzit_məhdudiyyətlərini_ləğv_edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan edib: Ölkəsi Ermənistana malların tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb.
(last modified 2025-10-22T14:03:50+00:00 )
Okt 21, 2025 15:53 Asia/Baku
  • Əliyev: Azərbaycan Ermənistanla bağlı bütün tranzit məhdudiyyətlərini ləğv edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan edib: Ölkəsi Ermənistana malların tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb.

 

İlham Əliyev Qazaxıstan Prezidenti Qasım Cumart Tokayevlə birgə keçirdiyi mətbuat konfransında bildirib:Azərbaycan, işğal dövründən tətbiq olunan Ermənistan istiqamətində malların tranziti ilə bağlı bütün məhdudiyyətləri ləğv edib.Azərbaycan prezidenti əlavə edib: Qeyd etməliyəm ki, bu istiqamətdə ilk tranzit yük, Qazaxıstandan Ermənistana daşınan taxıl partiyası olub.Prezident Əliyev vurğulayıb: Bu, açıq şəkildə göstərir ki, Azərbaycan və Ermənistan arasında sülh təkcə kağız üzərində deyil, həm də praktik olaraq həyata keçir.