Azərbaycan Rusiyanın səfirini XİN-ə çağırdı
https://parstoday.ir/azeri/news/azerbaijan-i13184-azərbaycan_rusiyanın_səfirini_xİn_ə_çağırdı
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyaya məxsus raketin Kiyevdə yerləşən Azərbaycan səfirliyinə düşməsi ilə bağlı Rusiya səfirini Nazirliyə çağırıb.
(last modified 2025-11-15T06:32:19+00:00 )
Noy 14, 2025 20:31 Asia/Baku
  • Azərbaycan Rusiyanın səfirini XİN-ə çağırdı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyaya məxsus raketin Kiyevdə yerləşən Azərbaycan səfirliyinə düşməsi ilə bağlı Rusiya səfirini Nazirliyə çağırıb.

 

XİN-in məlumatında bildirilir ki, Azərbaycan tərəfi “İskəndər” tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə əlaqədar kəskin etirazını ifadə edib və bununla bağlı səfirə şifahi nota təqdim olunub.

 

Nazirlik əlavə edib ki, partlayış nəticəsində səfirliyin ətraf divarının bir hissəsi tamamilə dağılıb, diplomatik nümayəndəliyin bəzi tikililərinə, xidmət avtomobillərinə, inzibati bina və konsulluq şöbəsinə ziyan dəyib, ümumilikdə səfirliyin ərazisi ciddi zədələnib. Qeyd olunub ki, hadisə zamanı xəsarət alan olmayıb.