Ermənilər balans yaratmaq fikrinə düşüblər
https://parstoday.ir/azeri/news/azerbaijan-i1358-ermənilər_balans_yaratmaq_fikrinə_düşüblər
Ermənistan-Hindistan münasibətlərində hərbi əməkdaşlığın genişlənməsi Bakını narahat etməyə başlayıb.
(last modified 2026-03-20T08:20:48+00:00 )
İyul 29, 2023 11:28 Asia/Baku
  • Ermənilər balans yaratmaq fikrinə düşüblər

Ermənistan-Hindistan münasibətlərində hərbi əməkdaşlığın genişlənməsi Bakını narahat etməyə başlayıb.

 

Etiraz notalarının sonuncusu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfindən Hindistanın Azərbaycandakı səfirinə göndərilib və bu dövlətdən Ermənistana silah tədarükünə yenidən baxması istənilib.

O, danışıqların getdiyi dövrdə Hindistanın Ermənistana silah tədarükünün Ermənistanın hərbiləşdirilməsinə və vəziyyətin gərginləşməsinə zəmin yaratdığından, ölkədə sabit sülh və təhlükəsizliyin bərqərar olmasına maneələr yaratdığından narahatlığını ifadə edib.

Qeyd edək ki, hələ keçən ilin sentyabrında Dehli Ermənistana Hindistan istehsalı olan silahların böyük partiyasını çatdıracağını bəyan etmişdi.

Yayılan məlumatlara görə, İrəvan və Dehli arasında təxminən 260 milyon dollar dəyərində silah alınmasına dair müqavilə imzalanıb. Hindistan mənbələrinə görə, müqavilə əsasında Ermənistana tank əleyhinə raketlər, həmçinin Pinaka adlı çoxsaylı reaktiv yaylım atəşi sistemləri tədarük ediləcək.

Erməni hərbi ekspert Hayk Nahapetyan Azərbaycan tərəfinin etirazlarına cavab olaraq İctimai Radioya müsahibədə silah tədarükünü bölgədə balansın qorunmasına xidmət edən tədbir adlandıraraq deyib ki, rəsmi Bakının narahatlığını nəzərə almaq düzgün deyil. Çünki hansı silahı hansı ölkədən alacağına qərar vermək Ermənistan Respublikasının hüququdur.