Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb
https://parstoday.ir/azeri/news/azerbaijan-i14510-ceyhun_bayramov_İƏt_nazirlər_Şurasının_iclasında_azərbaycan_ermənistan_sülh_prosesindən_danışıb
Nazir Azərbaycanın Orta Dəhliz boyunca, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, həmçinin Rəqəmsal İpək Yolu vasitəsilə yaşıl rəqəmsal inteqrasiyada mühüm rolunu vurğulayıb.
(last modified 2026-09-25T18:52:58+00:00 )
Sen 25, 2026 22:46 Asia/Baku
  • Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb

Nazir Azərbaycanın Orta Dəhliz boyunca, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, həmçinin Rəqəmsal İpək Yolu vasitəsilə yaşıl rəqəmsal inteqrasiyada mühüm rolunu vurğulayıb.

Xarici işlər naziri Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb

 

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında paylaşımında qeyd edilib.

 

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında çıxış edib.

 

Nazir çıxışında İƏT-in Xankəndidə keçirilmiş 17-ci Zirvə görüşündə qəbul olunan strateji Xankəndi Kommünikesinin və Fəaliyyət Planının icrasına toxunaraq, Bakıda İƏT-in Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasını və Şuşanın 2026-cı il üçün İƏT-in Turizm Paytaxtı kimi fəal rolunu diqqətə çatdırıb.

 

Nazir Azərbaycanın Orta Dəhliz boyunca, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, həmçinin Rəqəmsal İpək Yolu vasitəsilə yaşıl rəqəmsal inteqrasiyada mühüm rolunu vurğulayıb.

 

O, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya arasında strateji sinerjiyə diqqət çəkərək, Azərbaycanın Çolpon-Atada Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində üzvlüyünü və fəal iştirakını, eləcə də Avazada keçiriləcək qarşıdakı sammiti qeyd edib.

 

Ceyhun Bayramov 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş Sülh Sammitindən sonra Azərbaycan-Ermənistan sülh prosesinin gedişi barədə məlumat verərək, etimad quruculuğu tədbirlərini, tranzit məhdudiyyətlərinin aradan qaldırılmasını, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərini vurğulayıb