Xələf Xələfovun Tehran səfəri - TƏHLİL
https://parstoday.ir/azeri/news/azerbaijan-i2474-xələf_xələfovun_tehran_səfəri_tƏhlİl
Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 4-də Tehranda İran İslam Respublikasının prezidenti, İranın xarici işlər naziri və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə ayrı-ayrılıqda görüşlər keçirib. Azərbaycan rəsmisinin Tehran səfəri rəsmi Bakının reallıqları düzgün qiymətləndirməsinin göstəricisi ola bilər.
(last modified 2023-10-08T10:25:46+00:00 )
Okt 05, 2023 18:54 Asia/Baku
  • Xələf Xələfovun Tehran səfəri - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 4-də Tehranda İran İslam Respublikasının prezidenti, İranın xarici işlər naziri və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə ayrı-ayrılıqda görüşlər keçirib. Azərbaycan rəsmisinin Tehran səfəri rəsmi Bakının reallıqları düzgün qiymətləndirməsinin göstəricisi ola bilər.

Üçüncü tərəflərin təxribatçı hərəkətləri nəticəsində rəsmi Bakının İrana qarşı aqressiv bəyanatları nəticəsində böhranla üzləşən İran-Azərbaycan münasibətləri Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı şəxsi zəmində baş verən silahlı hücuma olan sərt və tələsik reaksiyalarla daha da gərgin fazaya daxil oldu. Təxminən 1 il müddətində iki ölkə münasibətlərindəki təlatümlü prroseslərin bu günkü durumu göstərir ki, Azərbaycan Respublikası hakimiyyəti sözü gedən prossesdən həqiqətə uyğun nəticələr çıxara bilib.

Rəsmi Bakının Qarabağdakı separatçılara qarşı əməliyyatı və Xankəndinə öz suverin nəzarətini təmin etməsi və separatçı başçılara qarşı tədbirlər həyata keçirməsindən sonra onun qərbdəki dırnağarası tərəfdaşları azqala Azərbaycana qarşı müharibə elan edəcəkləri bir zamanda,regiondan uzaqda yerləşən öz məşum maraqları üçün Cənubi Qafqazda oyunlar tərtib etmək istəyən güclərin əksinə olaraq qonşu İran bir daha 44 günlük müharibədə olduğu kimi və Bakıdan İrana qarşı son aylardakı təxribatları nəzərə almadan öz prinsipial mövqeyini birmənalı şəkildə ortaya qoydu, Qarabağ Azərbaycandır dedi və bu ərazilərdə yaşayan ermənilərin hüquqlarının da məhz bu kontekstdə təmin olunmasına çağırdı.

Yaman günün dostu olduğunu dəfələrlə sübut etmiş İran yenə dünya Azərbaycanın üstünə gələndə konkret şəkildə öz dəstəyini növbəti dəfə nümayiş etdirmiş oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun belə bir şəraitdə İrana səfəri və onun İran İslam Respublikası Prezidenti İbrahim Rəisi ilə görüşdəki sözləri bunu deməyə əsas verir ki, rəsmi Bakı ən yüksək səviyyəli rəsmilərinin dilindən İrana qarşı səsləndirilən fikirlərin düzgün hərəkət olmadığını başa düşüb və İranın ən yüksək səviyyəli rəsmilərinin keçmişi, bu gün və gələcəyi nəzərə alaraq o əsəbi bəyanatlara qarşılıq verməməsinə görə bu gün minnətdardır.

Xələf Xələfov İran prezidenti ilə görüşündə İran İslam Respublikasının tutduğu mövqelərini yüksək qiymətləndirərək İran prezidentinin qarşılıqlı əlaqələrin mühafizəsi istiqamətindəki təsirli roluna görə öz minnətdarlığını bildirib. Heç şübhəsiz ki, Xələf Xələfov İran prezidentinin heç vaxt Bakıdan gələn sərt bəyanatlara qarşılıq vermədiyini nəzərdə tutur.

“Azərbaycan Respublikası İranı regionun güclü ölkəsi, Azərbaycan üçün qonşu və dost ölkə hesab edir və belə qənaətdədir ki, region məsələləri region ölkələri arasında əməkdaşlıq və müzakirə yolu ilə həll olunmalı kənar dövlətlərin ayağı regiona açılmamalıdır”,- Xələf Xələfov İran prezidenti ilə görüşündə deyib.

Beləliklə görünən budur ki, rəsmi Bakı İranın Cənubi Qafqaz barədə mülahizələri və həssas yanaşmalarının region xalqlarının mənafeyinin təmini istiqamətində olduğunu dərk edib və artıq müdriklikdən uzaq olan həyəcanlı və mənasız bəyanatlar və hərəkətlərin sadəcə region xalqlarının düşmənlərinə xeyir verəcəyini başa düşüb. Bu üstəgəl Qarabağ separatçılarının dağıdılması, regionda münaqişə və müharibə dövrünün sona çatdığı, əcnəbilərdən uzaq qalaraq faydalı əməkdaşlıqların qurulmasına müsbət perspektiv yaradır. Elə azərbaycanlı rəsminin Tehran görüşlərində tez-tez 3-3 formatının vurğulanması bunun göstəricisi ola bilər.