Bakıda sionist İsrail bayrağı endirilib
https://parstoday.ir/azeri/news/azerbaijan-i372-bakıda_sionist_İsrail_bayrağı_endirilib
Azərbaycan Respublikasının paytaxtında qəsbkar İsrailin bayrağı endirilib.
(last modified 2023-08-27T08:27:22+00:00 )
İyun 07, 2023 12:46 Asia/Baku

Azərbaycan Respublikasının paytaxtında qəsbkar İsrailin bayrağı endirilib.

Ölkənin dini və şiə icmasının müxalifətinə baxmayaraq, Azərbaycan Respublikası hökuməti sionist rejimlə əlaqələrin inkişafının davamında, bu yaxınlarda və saxta İsrail rejiminin qurulmasının 75-ci ildönümü mərasimində , sionist rejimin başçısı "İshaq Hersoq"un Bakıya iki günlük səfərinin planlarından xəbər vermişdi.

Həmçinin  bir çox etirazlara baxmayaraq, Azərbaycan Respublikası bu ilin əvvəlində Təl-Əvivdə səfirliyini açıb.

Bakının bu anti-Fələstin hərəkətləri Azərbaycan Respublikasının müsəlman xalqının Fələstin məsələsini dəstəkləməkdə davam etdiyi və Bakı hakimiyyətinin uşaq öldürən və qəsbkar İsrail rejimi ilə hər hansı əməkdaşlığının əleyhinə olduğu bir şəraitdədir.

Mehr Xəbər Agentliyinin məlumatına görə, mediada və virtual aləmdə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində sionist rejimin bayrağının endirilməsi və eyni zamanda Fələstin bayrağının onun yerinə keçdiyini göstərən görüntülər dərc olunub