"Freedom House" Yenə Bakıya ilişdi
(last modified Wed, 16 Oct 2024 15:08:15 GMT )
Okt 16, 2024 19:08 Asia/Baku

"Freedom House" insan haqları təşkilatı 2023-cü ilin iyunundan 2024-cü ilin mayınadək olan dövrə aid hesabatında Azərbaycan Respublikasının internet azadlığı baxımından gerilədiyini bildirib.

 

"İnternet azadlığı 2024" adlı hesabatın əhatələdiyi 72 ölkədən 27-sində onlayn insan haqlarının müdafiəsinin zəiflədiyi, 18-ində isə təkmilləşdiyi bildirilir.

100 bal internetin ən azad, 0 isə ən az azad olduğu ölkə deməkdir. 100-70 xal yığan ölkələr AZAD, 69-40 xal QISMƏN AZAD, 39-0 xal yığanlar isə QEYRI-AZAD ölkələr sayılıblar.

Reytinqin necə hesablanmasına gəlincə, burada internetə çıxışa əngəllər, kontentə məhdudiyyətlər və istifadəçi hüquqlarının pozulması nəzərə alınıb.

Azərbaycan 34 xalla yenə "qeyri-azad" ölkələr sırasında yer alıb, ötən illə müqayisədə 3 xal itirib. Belarus, İraq və Zimbabve Azərbaycanla bir sırada yer alıblar.

Cənubi Qafqazın digər iki ölkəsi Gürcüstan və Ermənistan isə 74 xalla "azad" ölkələr kateqoriyasına salınıb.

Teqlər