Ermənistanın Qafqaz regionunda qeyri-sabitliyin artma təhlükəsi ilə bağlı xəbərdarlığı + ekspert rəyi
Virciniya ştatının Arlinqon şəhərində ABŞ, Ermənistan və Azərbaycan Respublikası arasında üçtərəfli görüşün keçirilməsi ilə eyni vaxtda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginlik görünməmiş dərəcədə artıb.
Aran Radiosunun məlumatına görə,Bu kontekstdə Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü (28 iyun) tvitində Cənubi Qafqaz regionunda qeyri-sabitlik riskinin artması ilə bağlı xəbərdarlıq edib. Ermənistanın baş naziri bu tvitində Laçın dəhlizinin bağlanmasını və Azərbaycan qüvvələrinin Qarabağ ermənilərinə ölümcül hücumunu təhlükəli və Üçüncü Qarabağ müharibəsi üçün əsas kimi qiymətləndirib.“Nikol Paşinyan” həmçinin Laçın keçidinin “qanunsuz” bloklanmasının davam etdirilməsinə və 4 erməninin həlak olmasına işarə edərək, beynəlxalq ictimaiyyətdən Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin olunması üçün əməli addımlar atmağı xahiş edib.
Paşinyan daha əvvəl xəbərdarlıq edib ki, Bakının Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) hökmünə məhəl qoymaması Qarabağ bölgəsində humanitar vəziyyəti daha da pisləşdirib. Hazırda Laçın dəhlizindən nə insanların, nə də nəqliyyat vasitələrinin və yardımçı maşınların keçirilməsinə icazə verilmir.Azərbaycan Respublikası Ermənistan baş nazirinin bu iddiasını təkzib edir.
Bu xəbərdarlıq danışıqların yeni mərhələsinin başlanması ilə eyni vaxtda ABŞ dğvlət katibi Entoni Blinken azərbaycanlı və erməni həmkarlarını qəbul edərkən, medialarda yayılıb.Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttlərində qarşı durmasını nəzərə alsaq, şübhəsiz ki, ABŞ-da aparılan son danışıqların Dağlıq Qarabağ münaqişəsi tərəfləri üçün heç bir konstruktiv nəticə vermədiyini söyləmək olar.
Amerikadakı son nəticəsiz danışıqlar elə bir şəraitdə aparıldı ki, Vaşinqton hökumətinin xarici işlər nazirləri səviyyəsində ev sahibliyi etdiyi əvvəlki danışıqlar da nəticəsiz başa çatdı. Əslində, ABŞ İlham Əliyev hökuməti tərəfindən buraxıldığını elan etdiyi Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupunun üzvü kimi iki ölkə arasında sülh danışıqları prosesindən kənarda qalmamağa çalışır. Bu elə bir haldadır ki, İlham Əliyev hökumətinin Türkiyənin milli maraqlarına uyğun olaraq Minsk vasitəçilik qrupunu aradan götürüb Türkiyə ilə əvəz etməyə çalışır. Ona görə də İlham Əliyev hökuməti durmadan müharibə ritorikasını davam etdirməklə Türkiyənin Ermənistana qarşı tələblərini yerinə yetirməyə çalışır.
Ekspertlər İlham Əliyev hökumətinin son iki ildə Cənubi Qafqaz regionunda arzu olunan torpaqları əldə etmək istiqamətində atdığı addımları beynəlxalq qanunlara, mehriban qonşuluğa zidd hesab edirlər. Bakı hökumətinin məmurlarının bu avantürist hərəkətləri bir çox ekspertlərin gələn il və ya 2025-ci ildə üçüncü Qarabağ müharibəsini mümkün hesab etməsinə səbəb olub.
Məsələn, Amerikada mühacirət həyatı yaşayan Azərbaycanlı siyasi eksperti “Arif Yunus” hesab edir: “Üçüncü Qarabağ müharibəsinin baş verməsi 2024 və 2025-ci illərdə mümkündür”. Azərbaycan Respublikası İsrail və Türkiyə silahları ilə üçüncü Qarabağ müharibəsinə hazırlaşdığını və gələcək Qarabağ müharibəsində Rusiyanın bitərəf qalmayacağını və Ermənistanın xeyrinə Azərbaycan Respublikasını cəzalandıracağını proqnozlaşdırdı.
Arif Yunus həmçinin deyib: "Birinci Qarabağ müharibəsindən fərqli olaraq, Rusiya erməniləri dəstəklədiyi zaman, İkinci Qarabağ müharibəsində Rusiyanın mövqeyi Azərbaycan Respublikasının xeyrinə dəyişdi və Rusiya Ermənistanı dəstəkləmədi. Lakin əgər yaxın gələcəkdə bir müharibə olarsa, Rusiyanın müharibəyə girib erməniləri dəstəkləməyəcəyinə zəmanət yoxdur.
Hal hazırda proseslər ermənilərin xeyrinə gedir və Ermənistan ordusu yenidən silahlanır. Azərbaycan Respublikası İsrailə, Türkiyəyə və Rusiyaya ,ordusunu silahlandırmaq üçün pul ödədiyi halda, Ermənistan ordusu faktiki olaraq pulunu ödəmədən silah alır.Məhz Türkiyənin əmrini gözləyən Bakının hakimiyyət orqanları yalnız Türkiyə ilə rusiya arasında sövdələşməni gözləyirlər. Türkiyə hökuməti Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzvlük və S-400 daxil olmaqla silah alışı məsələsində rusiyadan imtiyaz almaq istəyir.Rusiya NATO hərbi təşkilatının üzvü olan və Qərb liderləri ilə danışıqlar aparan türkiyəyə, Cənubi Qafqazda güzəştlər edəcəyi çətin nəzərə gəlir.