Bakı niyə COP29 konfransına ev sahibliyi etməyə layiq dövlət deyil?
(last modified Mon, 21 Oct 2024 10:30:42 GMT )
Okt 21, 2024 14:30 Asia/Baku
  • Bakı niyə COP29 konfransına ev sahibliyi etməyə layiq dövlət deyil?

Noyabrın 11-dən 22-dək Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu illik Konfransı (COP29) keçiriləcək. 2015-ci ilin dekabrında COP21 sammitində Paris iqlim sazişini imzaladıqdan sonra, bu konfrans istixana qazlarının azaldılması və qlobal istiləşmənin sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə 2 dərəcə santigrad həddində məhdudlaşdırmaq və bu dəma artımını 1,5 dərəcə santigrada məhdudlaşdırmağa çalışan konfranslar sırasın

 

İnkişaf etməkdə olan ölkələrin yoxsul, həssas və inkişaf etməmiş ölkələrə iqlim dəyişikliyi ilə məşğul olmaq və anormal hava təsirlərinin nəticələrinə uyğunlaşmaq üçün maliyyə dəstəyi toplamaq, bu konfransların məqsədləri sırasındadır. Qlobal ətraf mühitin çirklənməsi ilə mübarizəyə həsr olunmuş BMT-nin İqlim Dəyişikliyi Konfransı 2023-cü ildə Dubayda keçirilib və 2025-ci ildə Braziliyada keçiriləcək. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Konfransına ev sahibliyi etmək üçün Bakının seçilməsinə bu konfransın maliyyə mülahizələri təsir edib. Amma, konfransın Bakıda keçirilməsi əsasən dünyada ətraf mühiti və insan haqlarını müdafiə edən təşkilatlar, qruplar və müstəqil fəalların mənfi reaksiyaları ilə üzləşib.

Onların nöqteyi-nəzərindən bir sıra səbəblər və hüquqi və texniki amilllər təsdiq edir ki, Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etmək üçün layiqli seçim deyil.

Bu baxımdan aşağıdakı yeddi məqamı vurğulamaq olar:

Birinci: Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı beynəlxalq ekoloji hüququn ən mühüm nailiyyətlərindən biridir ki, beynəlxalq ekoloji hüququn fundamental bəyannamələri və sənədlərindən, o cümlədən dünyanın ekoloji problemləri və onların həllində ölkələrin iştirakının zəruriliyi haqqında Stokholm Bəyannaməsi (1972) və Rio Bəyannaməsi (1992) əsasında hazırlanmışdır. Rio Bəyannaməsi təsdiq edildikdən sonra bu görüşlərin keçirilməsi proseduru ondan ibarətdir ki, konfransın ev sahibi üçün ətraf mühitin çirklənməsi ilə mübarizədə aparıcı rol oynayan və bu istiqamətdə səmərəli milli nailiyyətlərə malik olan ölkələr seçilir ki, başqa ölkələrə də nümunə olsunlar. Amma, Azərbaycan Respublikası ətraf mühitin mühafizəsi sahəsində pis göstəricilərə malik olması əyanidir və bu sahədə də Bakının qara rekordları var. Bu xüsusda dörd nümunəyə işarə etmək olar:

1. Beynəlxalq təşkilatların hesablamalarına görə, Kaspiyən dənizinin neftlə çirklənməsində ən böyük rolu Azərbaycan Respublikası oynayır, çünki neftin qaydadan kənar çıxarılması və sovet dövründən qalan köhnə neft platformalarına malik olması, ekoloji normaların tətbiq olunmaması deməkdir. Kaspiyən dənizindəki su axınının növünə görə, Bakı tərəfində neft hasilatı zamanı neft dənizə daxil olarsa, bu çirklənmə təbii olaraq İran sahillərinə də daxil olacaqdır. Bakının qeyri-standart neft fəaliyyətinin təsiri altında hər il minlərlə ton neft Kaspiyən dənizinə sızır. Bu, “bir neçə kilometrlik ləkələrin” əmələ gəlməsinə və onların İran sahillərinə doğru hərəkətinə və bu sahillərin, xüsusən də Ənzəli limanının “Səngaçin” ərazisində neftlə çirklənməsinə səbəb olub. Lakin Bakı “çirkləndirən ödəyir” prinsipinin məcburi hüquqi öhdəliyi çərçivəsində İran sahillərində neftlə çirklənməyə görə kompensasiya ödəməkdən imtina edir. İran Kaspiyən dənizinin yeganə sahilyani ölkəsidir ki, bu dənizdə neft hasil etmir, amma Bakının beynəlxalq neft hasilatı standartlarına əməl etməməsi səbəbindən Azərbaycan Respublikası neft nəhəngləri, o cümlədən əsas prioriteti mənfəət olan BP üçün cənnətə çevrilib. Bu məsələ Kaspiyən dənizində digər ekoloji fəlakətlərə, o cümlədən bu dənizin dörd yüz yerli heyvan növünün azalmasına yaxud məhv olunmasına, o cümlədən minlərlə dəniz suitisinin kütləvi ölümünə və onların üçdə birinə qədər azalmasına,1 balıqlarının nəsli kəsilmək təhlükəsinə səbəb olmuşdur.2. Azərbaycan Respublikasının Gədəbəy rayonunda söyüdlü kəndində ekoloji fəlakət, o cümlədən xərçəng xəstəliyinin yayılması və yüzlərlə insanın ölümü, kənd təsərrüfatı məhsullarının zəhərlənməsi və arıların tələf olması, sianid və turşu və qızıl mədəninin tullantı çəninin zəhərli maddələrinin sızması nəticəsində ekoloji fəlakətlərin digər nümunələri müqabilində nəinki Bakı rəhbərliyi cavabdeh olmadı, əksinə, 2023-cü ilin iyununda kənd sakinlərinin bu mədən sənayesi üçün ikinci tullantı çəninin tikintisinə etirazı xüsusi təinatlı qüvvələrin göndərilməsinə və yerli əhalinin və jurnalistlərin zorakılıqla yatırdırılmasına səbəb olub. İnsanlar Əliyevlər ailəsinə məxsus bu mədənin və Anglo-Amerikan “Anglo-ASEAN Mining” şirkətinin fəaliyyətinə etiraz edib deyirdilər ki, “mədən tullantıları çəni”-indən Şəmkir çayına tökülən tullantılar Şəmkir, Tovuz və Gəncə şəhərlərinin ətraf mühitinə ziyan vurmasına səbəb olacaq.3. Rio Bəyannaməsinin prinsiplərinə, o cümlədən vaxtında məlumatlandırma prinsipinə zidd olaraq, Azərbaycan Respublikası hələ də Kaspiyən dənizində nüvə tullantılarının basdırılması ilə bağlı araşdırmalarının nəticələrini nəşr etməyib. 1999-cu il iyunun 5-də Bakıda çıxan “Yeni Musavat” və “Ekspress” qəzetləri şok xəbərlə açıqladılar ki, Bakı hökuməti nüvə tullantıları ilə dolu olan hər bir konteyneri 260 min dollara Kaspiyən dənizinin dibində basdırır. Bu nüvə tullantıları Ukraynadan gəmi ilə Gürcüstana, oradan isə dəmir yolu ilə Azərbaycan Respublikasına daşınırdı.4. Kanalizasiya infrastrukturu sahəsinə investisiya qoyuluşunun olmaması səbəbindən hər il əhalinin sıx məskunlaşdığı Bakı və Sumqayıt şəhərlərindən milyonlarla ton təmizlənməmiş şəhər, məişət və sənaye tullantıları Kaspiyən dənizinə, Naxçıvandan isə Ərəs (Araz) çayına axır ki, bu da Kaspiyən dənizinin və Ərəs çayının ekosistemini təhlükə altına almaqda mühüm rol oynayır.

İkincisi: Birləşmiş Millətlər Təşkilatının illik iqlim dəyişikliyi konfransları təkcə “ətraf mühit hüquqları” ilə deyil, həm də “insan hüquqları” və “ekoloji insan hüquqları” ilə bağlıdır. Azərbaycan Respublikası nəinki beynəlxalq ekoloji hüququn prinsiplərini pozub, həm də insan hüquqları sahəsində çox mənfi təcrübəyə malikdir. Ölkə əhalisinin 80%-lıq əksəriyyətini təşkil edən şiə müsəlmanların hüquqları repressiya və ya ədalətsiz qanunların qəbulu ilə sistemli şəkildə pozulur. Bu ölkədə dini meyillərinə görə 5000-dən çox siyasi məhbus var ki, bu da beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında da öz əksini tapıb. Eyni zamanda, bu ölkədə talışlar, tatlar, udilər, avarlar, ingiloylar və kürdlər də daxil olmaqla bir çox etnik, dil və milli azlıqların mədəni, dil, dini, iqtisadi və “effektiv iştirak hüququ” hüquqları pozulur.

Üçüncüsü: Keçmiş təcrübələr göstərir ki, Azərbaycan Respublikası beynəlxalq konfranslara bir alət kimi baxır və ictimai rəyi bu ölkədə əsas insan və humanitar hüquqların pozulmasından yayındırmaq üçün beynəlxalq tədbirlərdən pərdə kimi istifadə edir. Son iki onillikdə Bakı 2 beynəlxalq yarışları və Eurovision musiqisi müsabiqəsi keçirməklə dünya ictimai rəyini bu ölkədə hicab hərəkatının yatırılmasından və sosial etirazlardan yayındırmağa çalışıb. Hazırda da Azərbaycan Respublikası COP29 keçirməklə dünyanın, xüsusən də Qərb dünyasının ictimai fikrini Qarabağ Muxtar Vilayətində “etnik təmizləmə” siyasətindən yayındırmaq üçün bir vasitə kimi istifadə etməyə çalışır. 2023-cü il sentyabrın 19-da Azərbaycan Respublikası Qarabağa hücum edərək 2020-ci il Moskva atəşkəs sazişini pozaraq bu bölgədən 120 mindən çox yerli erməninin kütləvi surətdə deportasiyasına və məcburi köçməsinə və onların əmlak, tarixi, mədəni və dini hüquqlarının pozulmasına səbəb olmuşdur. Yüzlərlə insanın ölümü, yaralanması və itkin düşməsi ilə nəticələnən bu şiddətli hücum Bakının neft güzəştlərinə görə əksər qərb hökumətlərinin susqunluğu ilə müşayiət olunsa da, Beynəlxalq Cinayət Məhkəməsinin vəkilləri bunu etnik təmizləmə nümunəsi və müharibə cinayəti xarakterizə edirlər. Bakı bu tədbirdən (COP29) istifadə etməklə və 80 minə yaxın qonağı qəbul etməklə özündən dinc sima nümayiş etdirərək dünya ictimai rəyini bu etnik təmizləmədən yayındırmağa çalışır. Bu səbəbdən də Qarabağdan qovulmuş ermənilərin tarixi-dini abidələrinin dağıdılması xəbərlərinin yayılması ilə eyni vaxtda Azərbaycan Respublikası Prezidenti Qarabağ torpaqlarını və onun ətrafını “yaşıl enerji” zonaları elan edərək, bu ərazilərin 2050-ci ilə qədər karbon qazının “net-zero” ərazilərinə çevriləcəyinə söz verib! Bu tipli mövqe bildirmək elə bir vəziyyətdədir ki, Bakı Qarabağa nəzarət etməsinə və hətta Ermənistan ərazisinin bəzi hissələrinə təcavüz etməsinə baxmayaraq, Ermənistanın ərazi bütövlüyünü rəsmən tanımaq istəmir. COP29-dan az əvvəl Azərbaycan prezidenti Ermənistanla sülh müqaviləsini imzalamaqdan imtina edərək, bu ölkənin konstitusiyasının dəyişdirilməsi də daxil olmaqla yeni şərtlər irəli sürdü və Ermənistan Respublikasını “Qərbi Azərbaycan” adlandırdı ki, bu da Bakının bütün Ermənistana qarşı bitməyən rəsmi ərazi iddiası deməkdir.

Dördüncüsü: Azərbaycan Respublikasının ekoloji fəaliyyətləri əsasən nümayiş xarakteri daşıyır və ya Stokholm və Rio bəyannamələrinin ekoloji prinsiplərindən kənar məqsədlər güdür; Bakının ekoloji davranışı bunu təsdiqləyir. Ötən il ərzində Azərbaycan Respublikasının rəsmiləri Kaspiyən dənizinin suyunun azalmasından narahatlığlarını bildiriblər və 2024-cü ilin avqustunda Putinin Bakıya səfəri zamanı İlham Əliyev ona bu dənizin sahillərinə yaxın olan qayaları göstərib ki, bu qayalar Volqa çayı yatağında yüksək buxarlanma və suvarma üçün suyun kanallara çəkilməsi səbəbindən suyun azalmasına səbəb olub. Amma çox çəkmədi ki, məlum oldu Bakının Kaspiyən dənizinin suyunun azalması ilə bağlı narahatlığının əsas səbəbi onun köhnəlmiş neft və qazçıxarma qurğularına mənfi təsiridir. Beləki, Azərbaycan Respublikası Ekologiya Nazirliyinin Milli Meteorologiya Xidmətinin rəhbəri Nazim Mahmudov Reuters agentliyinə bildirib ki, Kaspiyən dənizinin suyunun səviyyəsinin azalması iqtisadi sektorlara, xüsusilə dənizdəki neft-qaz əməliyyatlarına mənfi təsir edib. Həmçinin İran, Ermənistan, Türkiyə və Azərbaycan Respublikası arasında sərhəd, ümumi və beynəlxalq çay olan Ərəs çayı üzərində Türkiyənin qaydasız su bəndləri inşa etməsi, o cümlədən Qarakurt bəndinin doldurulması nəticəsində suyun təxminən 50% azaldığı bir vəziyyətdə, Bakı Ankaraya etiraz etməkdən çəkinərək, Ərəs çayına axan çaylarının suyunu başqa istiqamətə yönəldib ki, bu da İranda bu çaydan faydalanan kəndlilər üçün ekoloji fəsadlar yaradıb və əhalinin insan haqlarını pozub.

Beşinci: Hər il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı dünyadakı ekoloji fəallar üçün konfransla eyni vaxtda ətraf mühitlə bağlı narahatlıqlar bildirmək və inkişaf etmiş ölkələrin yer kürəsini çirklənməsi ilə bağlı fəaliyyətinə etirazlarını bildirmək üçün bir fürsətdir. Halbuki, Bakı hökumətinin heç bir müxalif fikir qarşısında talerantlığı yoxdur və burada istənilən etiraz ciddi şəkildə yatırılır. 2024-cü ili “Yaşıl Dünya üçün Həmrəylik İli” elan etməklə və COP29-a müraciət edənlər üçün elektron viza verilməsi sistemini işə salmaqla Bakı özünü hətta etirazçılar üçün də uyğun ev sahibi kimi göstərməyə çalışır və əslində dünya ictimaiyyətinin gözünə kül üfürür. Beləki, Dubay və Bon şəhərlərində bundan əvvəlki konfranslarda səs qaldırmış etirazçıların siyahısının hazırlanması onu göstərir ki, Bakı bu konfransda etiraz edən ekoloji fəalların iştirakını əngəlləməyə və ya məhdudlaşdırmağa çalışır.

Altıncısı: Bakı son üç ildə qonşusuna (Ermənistana) ərazi iddiaları qaldırmaqla eyni vaxtda və İngiltərə və Türkiyənin “Türk dünyası” kimi tanıdırdığı ölkələrin Ermənistanın cənubunu bölmək yolu ilə birləşdirmək istəyini yerinə yetirmək üçün, Ermənistanın cənub sərhədlərinə doğru öz torpaqlarında saxta “Zəngəzur” dəhlizinin tikintisinə başlayıb. Etnik, siyasi və təhlükəsizlik problemlərindən əlavə, bu dəhliz regionda ən böyük ekoloji fəlakətlərdən birinə səbəb olmuşdur. Bakının bu dəhlizi işə salmağa tələsməsi, hərtərəfli texniki tədqiqatların aparılmaması və bunun üçün ekoloji əlavə işlər cədvəlinin hazırlanmaması Hirkan meşələrinin bir hissəsinə, heyvan növlərinin doğma yaşayış yerlərinə və su hövzələrinə ciddi ziyan vurmuş, bu torpaqların sahiblərinin mülkiyyət hüquqlarını pozmuşdur. Bakının COP29-a ev sahibliyi etməsi ilə eyni vaxtda bu iddialı dəhlizin tikintisi ərazilərdə ekoloji fəlakətin davam etməsi və bu məsələnin Azərbaycan Respublikası daxilində hər hansı mediada işıqlandırılmasına qadağa qoyulması beynəlxalq ekoloji hüquqların acı ironiyasıdır.

Yeddinci: Qeyd olunan hüquqi səbəblərə əlavə olaraq, Azərbaycan Respublikası texniki cəhətdən də BMT-nin İqlim Dəyişikliyi Konfransına layiqli ev sahibliyi etməz. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2022-ci ildə Bakı və Abşeron yarımadasında mehmanxanalarda çarpayıların sayı 24 696 ədəd təşkil edib. 2022-ci ildən sonra geniş yeni infrastrukturun yaradılmamasını nəzərə alsaq, Bakının COP29 zamanı hətta ölkənin idman şəhərciyinin imkanlarını əlavə etməklə, 80.000 qonağı necə qəbul edə biləcəyi aydın deyil! Ola bilsin ki, iştirakçıların davamiyyət günləri məhdud və mərhələli olsun! bəzi mühüm dünya paytaxtlarından Bakıya birbaşa uçuşların olmaması, ətraf mühit sahəsində fəaliyyət göstərən əksər iri şirkətlərin və startapların Bakı şəhərinin texniki və infrastruktur zəifliyinə görə Bakıya gəlmək istəməməsi, və ABŞ-da Trampın qələbəsi ehtimalının yaratdığı atmosfer və onun Paris Sazişinin gələcəyinə təsirləri Bakıda keçiriləcək COP29 konfransına kölgə salan digər məsələlərdəndir.

Məsələ burasındadır ki, Birləşmiş Millətlər Təşkilatının və onun əlaqəli strukturlarının maliyyə təminatında problemləri səbəbindən Nizamnaməni açıq-aşkar pozmuş və insan haqları nöqteyi-nəzərindən mənfi təcrübəyə malik olan bəzi ölkələr öz xalqının yoxsulluğunu aradan qaldırmaq əvəzinə, neft gəlirlərindən pul xərcləməklə, bu tip tədbirlərə ev sahibliyi etməklə özləri haqqında müsbət imic nümayiş etdirməyə çalışırlar. COP29 konfransının Bakıda keçirilməsi açığca niyyətin pozulması və beynəlxalq ekoloji hüququn ideal və məqsədlərini gözdən salmaq və onun Braziliyada keçiriləcək növbəti sammitini zəiflətməkdir. Bu hadisə müəyyən mənada 2016-cı ilin iyununda Səudiyyə koalisiyasının Yəmənə təcavüzü zamanı BMT-nin sabiq baş katibi Pan Gi Munun davranışını xatırladır ki, etiraf etmişdi Səudiyyə Ərəbistanının Birləşmiş Millətlər Təşkilatının maliyyələşdirilməsində oynadığı rola görə, “acı və ağrılı qərar” qəbul etmə məcburiyyətində qalıb və uşaqlarla bağlı BMT ölkələrinin qara siyahısından Səudiyyə Ərəbistanının adını çıxarıb!

Qeyd olunan vacib məqamlar onu göstərir ki, hüquqi baxımdan Bakı BMT-nin iqlim dəyişikliyi konfransına ev sahibliyi etməyə layiq dövlət deyil.

Dr. Əhməd Kazemi; Beynəlxalq hüquq üzrə professor