Tuneldə boğulanların ailələri şikayətçidir
(last modified Sat, 26 Oct 2024 17:24:08 GMT )
Okt 26, 2024 21:24 Asia/Baku
  • Tuneldə boğulanların ailələri şikayətçidir

Oktyabrın 22-də subasmaya məruz qalmış Sabunçu tunelində bataraq həyatını itirən sürücülərin ailələri şikayətçidir.

 

Kadrlardan göründüyü kimi sürücülər avtomobilin üstünə çıxıb kömək gözləyirlər. O sırada Fövqəladə Hallar Nazirliyi, Post Patrul Xidməti əməkdaşları hadisə yerində olsalar da, onları xilas etmirlər. Suda yardım gözləyən sürücülərin saatlar sonra meyitləri çıxarılır. 48 yaşlı Elnur Şirinov və 29 yaşlı Köçəri Abbasov Bakıdan Kürdəmirə çörək daşımasında sürücü kimi işləyirdilər. Həmin gün Bakıya çörək dalınca gələn sürücülər tək canlarını yox, yeganə gəlir yerləri olan çörək daşıdıqları avtomobili də qoruyub sahibinə çatdırmağa çalışırdılar.

Həyatını itirən sürücülərin ailələri hadisənin şokunu yaşayırlar. Elnur Şirinovun həyat yoldaşı Aygün Şirinova məsul şəxslərin cəzalanmasını tələb edir.

MeydanTv bildirir ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi, əməkdaşlarının hərəkətsizliyi ilə bağlı suala cavab verməyib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparıldığı deyilir.