Bakı tunelləri betonla doldurulmalıdır?
Okt 28, 2024 21:02 Asia/Baku
Səhər saatlarından yağan leysan xarakterli yağışdan sonra Bakının yollarını yenə su basıb və nəqliyyatın hərəkəti üçün çətinlik yaranıb.
Sabunçu Dəmir Yolu Vağzalı ətrafındakı ərazi suyun altında qalıb. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb. Eyni zamanda 2 nəfərin boğularaq öldüyü tuneli də su basıb və ora giriş-çıxış bağlanıb.
Bundan başqa, Nərimanov rayonu ərazisindəki tuneldə də su toplanıb. Hətta mərkəzi yollarda belə yağış suları maşınların və piyadaların hərəkətinə mane olub.
Xatırladaq ki, ötən həftə yağış yağması nəticəsində Bakıda faciləli vəziyyət yarandı və şəhərin bir neçə ərazisini su basdı. Sabunçu tunelində isə iki nəfər suda boğularaq həyatını itirdi.
Teqlər